Ölkəmizdə və dünyada qərzəkli meyvə bağlarının yaradılması problemlərini araşdırın və onların həlli yollarını qrup yoldaşlarınızla birgə müzakirə edin.
Azərbaycanda qərzəkli meyvə bitkilərin əkin materialı yetişdirilən rayonlar haqqında ümumi məlumat əldə edin.
Yaşadığınız ərazidə və yaxın rayonlarda qərzəkli meyvə bitkilərin əkin materialı yetişdirilən təsərrüfatlara səfər edin, əkin materialının yetişdirilmə şəraiti ilə tanış olun, tingliyin strukturunu, əsas şöbələrini və yetişdirilən əkin materialının çeşidlərini araşdırın.
Respublikamızda qərzəkli meyvə bitkilərin əkin materialına olan tələbat, həmin tələbatın ödənilməsi səviyyəsi və mənbələri (daxili və xarici) barədə məlumat toplayıb qrup yoldaşlarınızla birgə müzakirə edin.
Ölkəmizdə qərzəkli meyvə bitkilərin əkin materialının bazarı, keyfiyyət göstəricilərindən asılı olaraq qiyməti haqqında məlumat toplayın.