S/S | Qərzəkli meyvə bitkisinin növü |
1000 ədəd toxumun kütləsi, q |
Səpin norması (I sinif toxumlar) |
Səpinin dərinliyi, sm |
|
kq/ha | q/poq. m | ||||
1 | Adi fındıq | 960 | 1600 | 100 | 4-6 |
2 | Cəviz | 8 000 | 6800 | 250 | 6-10 |
3 | Yabanı püstə (saqqızağacı) | 70 | 320 | 8-10 | 4-5 |
4 | Adi şabalıd | 10 000 | 10 000 | 350 | 6-10 |
5 | Daş badam | 4 00 | 4 500 | 180 | 4-6 |
6 | Pekan | 5 000 | 5 600 | 200 | 6-8 |
Cədvəl 3.1. Qərzəkli meyvə bitkilərinin toxumlarının keyfiyyət göstəriciləri, səpin normaları və səpinin dərinliyi
Nəzərə alsaq ki, səpin ara məsafəsi 0,5 m. olan şırımlarda aparılır, 1 poq. m-ə 5 ədəd toxum basdırılır, hektarda şırımların poqonajı 20 min m. olub hektara 100 min ədəd toxum basdırılıb, bitki yetişdirilməsi nəzərdə tutulur. İstənilən qərzəkli meyvə bitkisinin irilik göstəricisini (1000 ədəd toxumun kütləsini) 100-ə vurmaqla (100 misli) hektara sərf olunan toxumun kütləsini tapmaq olar.
Səpin bir qayda olaraq I sinif toxumlarla aparılır. II sinif toxumlar üçün səpin norması 20-50%, III sinif üçün isə 60-100% artırılmalıdır.
Toxumların basdırılma dərinliyi onların iriliyindən, torpağın qranulometrik tərkibindən və səpinin aparılma mövsümündən (müddətindən) asılıdır. İri toxumlar xırda toxumlara nisbətən daha dərinə basdırılır. Eyni cinsdən olan toxumlar yüngül torpaqlarda və payızda daha dərin səpilir, nəinki yaz mövsümündə və ağır torpaqlarda. Bir qayda olaraq səpinin dərinliyi toxumun qalınlığının (diametrinin) 3 misli müqabilində götürülür. Məsələn, cəvizin diametri (uzunluğu yox) orta hesabla 2,5-3,0 sm olur. Belə olduqda səpinin dərinliyi 7,5-9,0 sm təşkil etməlidir. Torpaq şəraiti və səpin mövsümü nəzərə alınmaqla cəvizin optimal səpin dərinliyi 6,0-8,0 sm olur.
Toxum yaxşı becərilmış, hamar və narın (dənəvər) torpaqda açılmış şırımlara və ya dərinliyi 3-4 sm olan sətirlərə səpildikdə onun yeri həmişə nəm qalır və tez cücərir. Toxum səpildikdən dərhal sonra üstü örtülməlidir.
3.4. Səpinlərə aqrotexniki qulluq
3.4.1. Cücərti alınana qədər səpinlərə aqrotexniki qulluq
Səpin aparılmış sahədə torpağın sovrulmasının, qurumasının və qaysaq əmələ gəlməsinin qarşısını almaq məqsədilə ləklərin, lentlərin və şırımların üstünün kövşən, ot, saman, ağac və kol budaqları, eləcə də oduncaq (taxta) kəpəyi (opilka) ilə örtülməsi vacibdir (Şəkil 3.2). Toxum cücərdikdən sonra həmin örtük götürülür.