Fındıq bitkisi çoxlu pöhrəvermə xüsusiyyətinə malik olduğu üçün bu üsullardan iqtisadi cəhətdən ən əlverişlisi bitkinin kök pöhrələri və daldırma üsulu ilə artırılmasıdır.
Respublikamızın şəraitində ən səmərəli üsul bitkinin kök pöhrələri və daldırma üsulu ilə artırılmasıdır. Bu üsul çox ucuz başa gələn və asan üsul olduğu üçün hazırda bu üsuldan geniş istifadə olunur. Fındıq kollarının dibində olan pöhrələri köklü çıxarıb. ondan istifadə etmək mümkündür. Fındıq bitkisi bütün vegetasiya ərzində pöhrə verdiyi üçün pöhrələrin boyu eyni olmur. Ona görə də standart ting almaq üçün pöhrələr tingliyə köçürülməlidir. Əmələ gəlmiş pöhrələrin ətrafı yay uzunu torpaqlanmalı, suvarılmalıdır ki, torpaq rütubətli olsun və pöhrələr yaxşı inkişaf etsin [4].
Azərbaycan şəraitində kök pöhrələrini noyabr və dekabr aylarında əkmək məsləhətdir.
Fındıq bitkisi toxumla artırıldıqda onlar payızda stratifikasiya edilir və yazda torpağa basdırılır. Pöhrə ilə artırılan fındıqlar 4-cü, toxumla çoxaldılan fındıqlar 10-cu ildə bara düşdüyü üçün toxumla artırılan bitkilərə yaxşı sortlardan calaq vurmaq lazımdır.
Yüksək keyfiyyətli əkin materialı əldə etmək üçün təsərrüfatın yaxşı təşkil edilmiş tingliyi olmalıdır. Düzgün təşkil edilmiş fındıq tingliyində ayrıca anac bağı və tingliyin iki növbəti çoxaltma tarlası yaradılmalıdır. Tinglik sahəsi tingə olan tələbat ilə müəyyən olunmalıdır.
Bir hektar növbəti tarlaya 35-50 min pöhrə və daldırma nəticəsində əldə edilmiş, köklənmiş ting əkilməlidir. Anac bağların sahəsi bu və ya digər sortun pöhrəvermə qabiliyyətindən asılıdır. Ayrı-ayrı sortların kök verməsi də müxtəlif olur. Kök pöhrələrinin miqdarı sortun bioloji xüsusiyyətlərindən də olur.
Kök pöhralərin miqdarı sortun bioloji xüsusiyyətlərindən də asılıdır.
Bütün bu göstəricilərə əsasən fındıq sortları 3 qrupa bölünür:
I qrupa daxil olan Ata-baba, Bomba, Qırmızı Lombard, Qızıl fındıq, Kudryavçik, Çərkəz -1, Çərkəz -2, Pərzivan Zərifi hər il 100-200 və daha çox pöhrə verir.
II qrupa daxil olan Saçaqh, Əşrəfi, Arzu, Trabzon, Nəhəng, Ağ ləpə sortları vegetasiya dövründə 40-a qədər kök pöhrəsi əmələ gətirir.
III qrupa daxil olan Qalib, Daş fındıq, Yağlı fındıq, Zaqatala, Topqara, Böyük alabəzək, Barselona, Xeyneks -Sellernusvə başqaları az miqdarda kök pöhrəsi əmələ gətirir. III qrupa daxil olan sortların pöhrələri pis kökvermə qabiliyyətinə malikdir.
Əmələ gəlmiş pöhrələrin ətrafı yay uzunu bir neçə dəfə torpaqlanır. Bitkinin yaxşı kök verməsi üçün torpağın rütubətli olmasına diqqət yetilməlidir. Payızda köklənmiş pöhrələr bir-bir ana kökdən ayrılıb, tinglikdə basdırılır. Bu üsul ilə ana kökdən bir neçə il istifadə edilir. Belə bir kökdən hər il 100-150 ədədə qədər yararlı kök pöhrələri əldə etmək mümkündür.
Ayırma üsulu ilə çoxaldıqda 5-ci ildə bara düşür, hər il məhsul verir. Meyvələri sentyabrın birinci ongünlüyündə yetişir.
3.5.3. Calaq əkin materialının yetişdirilməsi
Ən qədim və geniş istifadə olunan vegetativ çoxaltma üsuludur. Calaqla çoxaldılmış bitkiyə peyvənd deyilir. “Peyvənd” fars sözü olub, bənd, rabitə mənası daşıyır. (Peyvənd fars sözüdür, peyvəstən - calamaq məsdəri ilə qohumdur. Peyvəstə feili sifətdir, “calanmış” deməkdir).