Calağa transplantasiya da deyilir. Transplantasiya termini latın məmşəli olub mənası toxumaların bir yerdən digər yerə köçürülməsi mənası daşıyır. Calaq üsulu ilə bit-kilərin çoxaldılması nə vaxt və kim tərəfindən kəşf olması məlum deyil. Bu gün sənaye əhəmiyyətli meyvəçiliyin inkişaf etdirilməsində; qərzəkli cinslərin (cəviz, şabalıd, püstə, badam, pekan) bağlarının salınmasında, onların qiymətli formalarının artırılmasında, klon plantasiyalarının yaradılmasında və digər məsələlərin həllində calaq üsulu ən mühüm üsullardan biridir.
Calaq üsulu ilə çoxaltma artırılan ana ağacın (sort, forma) irsi əlamətlərini qoruyub saxlamaqla yanaşı, məhsula düşməni də tezləşdirir.
Calaq üsulları çoxdur, onların miqdarı barədə dəqiq məlumat yoxdur. Ən geniş yayılanı okulirovka və kopulirovka üsulu olub onların da kifayət qədər müxtəlif formaları məlumdur və geniş istifadə olunur.
3.5.3.1. Okulirovka və ya göz calağı
Müxtəlif calaq üsullarından geniş tətbiq olunanı göz calağıdır. Göz calağına “okulirovka” da deyilir ki, bu da bu terminin latın dilində olan “okulus”- “göz” sözündən götürülmüşdür.
Göz calağının bir çox növləri tətbiq olunur:
Göz calağının bu və ya digər formada aparılmasını calaqaltının qabığının qalınlığı, calaqüstünün tumurcuğunun iriliyi, tumurcuq altında güclü inkişaf etmiş ötürücü toxumaların olmasını, işığın təsirindən şirənin oksidləşərək kəsimlərdə toxumaları qaraltmasını və s. göstərmək olar. Bu amillər nəzərə alınaraq göz calağının müxtəlif növləri tətbiq olunur və hər biri xüsusi texnologiya üzrə aparılır.
Adi və ya sadə göz calağının xüsusiyyəti ondan ibarətdir ki, calaqaltının kök boğazına yaxın hissəsində qabığın «T» şəkilli kəsiminə calaqüstündən götürülmüş göz yerləşdirilərək polietilen (polivinilxlor) plyonkadan, son zamanlar geniş istifadə tapmış kağız əsaslı yapışqanlı xüsusi lentdən istifadə etməklə yuxarıdan-aşağı istiqamətində sarğı aparılır. Sarğı daram olub calaq komponentlərinin kip oturmasını təmin etməklə yanaşı calaq yerinə hava və su buraxmamalıdır. Adi göz calağı vegetasiya dövründə intensiv şirə axını zamanı aparılır. Başlıca şərtlərdən biri ana ağacda cari ilin zoğlarında tumurcuqların tam formalaşaraq yetkinliyidir.
Calaqaltı kimi adətən artırılan cinsin yabanı növünün 1-2 illik toxmacarları istifadə olunur.
Calaq materialı kimi çoxaldılması nəzərdə tutulan sort və ya formanin cari ilin zoğlarında əmələ gəlmiş tumurcuqlardan (“göz”-lərdən) istifadə olunur. Bu məqsədlə bərkimiş, yaxşı inkişaf etmiş, düz və hamar gövdəli, buğumarası həddindən artıq qısa və ya uzun olmayan, yarpaq qoltuğunda yalnız bir ədəd boy tumurcuğu yerləşən zoğlar yararlıdır. Tədarük olunmuş zoğların yarpaqları kəsilərək 0,5-0,7 (1,0) sm uzunluğunda yarpaq saplağı saxlanılır. Həmin zoğların orta hissəsində yerləşən tumurcuqlar okulirovka üçün istifadə olunur.