Ölkəmizdə və dünyada qərzəkli meyvə bitkilərinin vegetativ çoxaltma üsullarını qrupda yoldaşlarınızla birgə müzakirə edin.
Azərbaycanda cəviz, fındıq, şabalıd, badam və püstə bitkilərinin bağçılıqda kütləvi çoxaldılması haqqında ümumi məlumat əldə edin.
Yaşadığınız ərazidə və yaxın rayonlarda fındığın becərilən sortları və onların çoxaldılması barədə məlumat toplayıb araşdırın.
Ölkəmizdə yeni yaradılan qərzəkli meyvə bağları, onların yaradılmasında istifadə olunan əkin materialının mənşəyi və çoxaldılması üsulu haqqında məlumat toplayın.
Qərzəkli meyvə bitkilərinin vegetativ çoxaldılması üsulları, həmin üsulların aparılması müddəti barədə məlumat toplayın.