Belə ağaclar hündür boylu və güclü skeletə malik olur (Şəkil 4.1). Hər ağacdan alınan məhsul çox, hektarın məhsuldarlığı isə az olur. Ağaclara qulluqla bağlı işlərin çox qismi mexanikləşdirilə bilmədiyindən məhsulun maya dəyəri yüksək olur. Belə bağlarda ilaşırı məhsuldarlıq güclü olur. Hazırda belə bağ tipləri tətbiq olunmur [7,8].
Franquette (Fransa sortu) 20 m x 20 m sxemi üzrə əkilərək (qida sahəsi 400 m2, bitki sıxlığı 25 ədəd/ha) ağacda məhsuldarlıq 100 kq (1 sent.), sahə vahidində isə 25 sent./ha. Chandler (ABŞ, Kaliforniya sortu) 9 m x 9 m sxemi üzrə əkilərək (qida sahəsi 81 m2, bitki sıxlığı 123 ədəd/ha) ağacda məhsuldarlıq 40-50 kq (0,4-0,5 sent.), sahə vahidində isə 49-62 sent./ha. Ağacda məhsul az olsa belə (Chandler), bitkilərin sıxlaşdırılması hesabına sahə vahidində məhsuldarlıq müqayisədə ən azı 2 dəfə yüksəkdir.
İntensiv tipli qərzəkli meyvə bağı. Belə bağda intensivləşmənin bütün ünsürləri iştirak edir. Burada yüksək mexanikləşdirmə, kimyalaşma və meliorasiya əsasında:
Qeyd olunanlar təsərrüfatın imkanları daxilində müxtəlif yollarla həyata keçirilir. Bu baxımdan intensiv tipli meyvə bağının müxtəlif modifıkasiyaları məlumdur. Bunlar adi intensiv, superintensiv və ultrasuperintensiv bağ tipləridir.
4.2. Bağ üçün sahənin seçilməsi
Qərzəkli meyvə bağı üçün sahə seçərkən müxtəlif kənd təsərrüfatı sahələri üzrə yüksək ixtisaslı mütəxəssislər (torpaqşünas, meyvəçi, meliorator, aqrometereoloq, iqtisadçı, yer quruluşu mütəxəssisi və s.) cəlb olunmalıdır.