4.2.2. Təsərrüfat-təşkilati şərait
Bağ üçün sahə seçərkən yaşayış yerlərinin yaxınlığı və yolların mövcudluğu ciddi amil kimi nəzərə alınır. Yaşayış məntəqələrinin uzaqlığı işçi qüvvəsindən səmərəli istifadəni çətinləşdirir. Xüsusən də bu, meyvə yetişəndə məhsul yığımı zamanı özünü büruzə verir. Çünki meyvələri yerdən (fındıq, cəviz, şabalıd) və ya ağacdan (püstə, badam) yığılmalı olan bu bitkilər çoxlu işçi qüvvəsi tələb edir. Yaxınlıqda yaşayış məntəqəsi olmadıqda işçi qüvvəsinin kənardan daşınması tələb olur ki, bu da məhsulun maya dəyərinə təsir edir.
İllik yağıntıların miqdarı 500-600 mm-dən aşağı və yayı quraq keçən yüksək yağıntıya malik bölgələrdə meyvə bitkiləri suya böyük ehtiyac duyur. Ona görə də bağ sahəsi seçilərkən bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır. Bağ sahələri çaylara, göllərə yaxın ərazilərdə seçilməlidir. Əgər bunlar yoxdursa ya süni göllər yaradılmalı və yaxud subartezian quyuları qazılmalıdır.
Qərzəkli meyvə bitkilərinin cins və sortları seçilərkən, onların əsas və tozlayıcı sortları (püstə əkildikdə isə erkək fərdlər, hansı ki, onlar meyvə verməyəcək və yalnız tozlayıcı funksiyasını yerinə yetirəcəklər) mütləq nəzərə alınmalıdır.
Qərzəkli meyvə bitkiləri üzrə sortlar seçilərkən onların keyfiyyəti və yerli şəraitə uyğunluğu xüsusiyyətindən başqa, özübarlı və özübarsız olması, yetişmə vaxtı da nəzərə alınır.
alınır. Qərzəkli meyvə bitkilərinin bir çox qisminin (badamdan başqa) əksər sortları özübarsız olduğundan, çarpaz tozlanma üçün tozlayıcı sortlar seçilməlidir.
Tozlayıcı sort aşağıdakı tələblərə cavab verməlidir:
Bütövlükdə bağa qulluq işinin düzgün təşkili və məhsul yığımının səmərəliliyini artırmaq üçün bir sortlu sərnələr çox əlverişlidir. Lakin özübarsız sortlar belə halda heç məhsul vermir, qismən özübarsız sortlar isə natamam məhsul verir. Özübarlı sortların da çarpaz tozlanması onların məhsuldarlığını xeyli yüksəldir.
Əsas sort üçün bir qayda olaraq iki ədəd tozlayıcı sort (əsas və ehtiyat) seçilir. İkinci sort ilaşırı məhsuldarlığa və çiçəkləməyə təsir göstərən digər amillərə (şaxta) qarşı ehtiyat üçün götürülür. Qeyd olunanlardan irəli gələrək hər sərnədə üçə qədər sort yerləşdirmək olur.