Əkin qabağı tinglərin kök sisteminin zədələnmiş, artıq hissələri iti sekatorla (bağ qayçısı) kəsilib atılır və kök hissəsi təzə peyin və superfosfat qarışığından hazırlanmış horraya batırılır(Şəkil 4.7). Bu, köklərin qurumasının qarşısını almaqla bərabər onun torpaqla daha tez ünsiyyətinə imkan yaradır. Payızda çıxarılıb və əkin üçün kökləri kəsilib hazırlanmış tingləri, yazda saxlandığı yerdən çıxarıb əkərkən, kökləri təkrar kəsməyə ehtiyac olmur. Çünki kəsilmiş hissələrdə qış dövründə artıq kallüs əmələ gəlmiş olur və əlavə yara inkişafı zəiflədə bilər. Əkin üçün hazırlanmış tinglərin kök sistemi əkinə qədər müvəqqəti olaraq torpaqlanmış vəziyyətdə saxlanılır. Meyvə bitkilərinin tingləri əl ilə (Şəkil 4.8) və ya mexanizmlərlə əkilir . Əl ilə əkin çalada və şırımda aparılır.
Şəkil 4.8. Tingin əkilmə qaydaları
1-əkin taxtası, dayaq payası və ting; torpağın çalaya verilməsi qaydası
2- əkin taxtası və tingin çalada yerləşməsi
3-Əkin başa çatmış çalada torpaön kipləşdirilməsi
4.4.1.3. Çalaya əkin
Çala əl ilə və ya mexanizmlərlə qazılır. Qazılmış çalanın ölçüləri torpağın hazırlanma üsulundan asılıdır.