Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Qida sahəsi dedikdə 1 bitkinin payına düşən sahə nəzərdə tutulur
Sual 2. Əkin sxemi bağda cərgəarsı və cərgədə bitkiarası məsafədir.
Sual 3. Qısaboylu və kol formalı qərzəkli meyvə bitkilərinin qida sahəsi daha çox olur.
Sual 4. Qısaboylu və kol formalı qərzəkli meyvə bitkilərinin hektarda sayı daha az olur.
Sual 5. Bağda yaş artdıqda qida sahəsini dəyişmək olur.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. 7m x 5 m ........................... olub bağda cərgəarsı və cərgədə bitkiarası məsafəni göstərir.
Sual 7. 7m x 5 m = 35 m2 ............................ olub bağda 1 bitkinin payına düşən sahə göstəricisidir.
Sual 8. Bağda bitkilərin əkini yeri payalarla nişanlanmış ....................... aparılır.
Sual 9. Bağda 1 hektara əkilən bitkilərin miqdarı ................... adlanır.
Sual 10. Bağda əkilən bitkilərin ........................... hektarın qida sahəsinə olan nisbəti kimi tapılır (N = 10 000 m2 / 35 m2 ≈ 285)