5.3. Cəviz bitkisində ştambin və çətirin formalaşdırılması
Calaq əkin materialında – tinglərdə ştambın və cətirin formalaşdırılmasına tingliyin böyütmə şöbəsində başlanır və bu əməliyyat bağda davam etdirilir. Cəviz ağaclarında hündür stamb yaradılır, kasavari və ya dəyişkən şah budaqlı çətir formalaşdırılır.
Stamb yaratmaq və cətiri formalaşdırmaqdan ötrü gövdədə kök boğazından 1,5 m-ə qədər bütün tumurcuqlar və əmələ gələn zoğlar dibindən kəsilib atılır. Ştambdan sonra 1,5 m-dən yuxarıda bir-birindən 0,4-0,6 m məsafədə yerləsən 3-4 zoğ saxlanılır və axırıncı zoğdan sonra şah budaq ləğv edilir (Şəkil 5.3). Saxlanılan zoğlar skelet budaqlar olaraq onlardan çətir formalaşdırılır. Şah budaq olmadığından çətirin ortası boş qalır və hər tərəfdən işıqlanması təmin olunur (Şəkil. 5.4.).
Dəyişdirilmiş şah budaqlı (mərtəbəsiz çətir və ya dəyişdirilmiş lider sistemi) çətirin formalaşdırılmasında stambdan yuxarıda bir-birindən 0,4...0,6 m məsafədə olub spiral for-mada yerləşən 5-6 zoğ saxlanılır. Axırıncı zoğdan sonra şah budaq vurulur. Saxlanılan həmin 5-6 zoğ birinci sıra ckelet budaqlar olmaqla onların əsasında çətir formalaşdırılır.
5.4. Fındıq bitkisinə forma vermə və budama
Başqa meyvə bitkilərində olduğu kimi, fındığı da budamamaq olmaz. Fındığı payızda budayırlar.Digər meyvə bitkilərində olduğu kimi, fındıq kollarına da forma verilməsi birinci ildən başlanmalıdır. Kol şəklində bitdiyi üçün birinci illərdə bir neçə qol-budaq əmələ gətirmək lazımdır. Üç budaqlı pöhrə tinglikdən çıxarılıb bağa basdırılır və yazda torpağın səthindən yuxarı 1-2 göz saxlanıb budanır. Bu gözlərdən şivlər əmələ gəlir. Gələn il bunların içindən çalaların aralarına görə 12-24 qüvvətli və yaxşı böyümüşləri seçilir, qalanları isə kəsilir.