Erkən yazda diskli bağ malaları (БДСТ-2,5, БДС-3,5) ilə 10-15 sm dərinlikdə torpağın becərilməsi onun su və hava rejimini yaxşılaşdırır, alaqlan məhv edir. Sonrakı dövrlərdə hər suvarmadan 5-6 gün sonra qaysağın dağıdılması və alaqların məhv edilməsi üçün KSQ-5 markalı geniş götürümlü bağ kultivatorundan istifadə edilir.
Cərgədə gövdə arası və gövdə ətrafının yumşaldılması ФС-0,9, ФСН-0,9r, ФП-2, ФА-0,76 markalı frezerlərlə aparılır.
5.5.2. Bağın gübrələnməsi. Məhsulun keyfiyyətinə gübrələmənin təsiri, ekoloji kənd təsərrüfatında gübrələmə
Meyvə bitkilərinin böyümə və inkişafının normal gedişi kifayət qədər qidalanma şəraitində mümkündür. Bitkilər eyni yerdə uzun müddət becərildiyindən, onlar torpaqda olan qida maddələrini mənimsəməklə onu tükəndirir. Bu maddələrin bir qismi məhsula və vegetativ orqanların inkişafına sərf olunur. Digər qismi isə yuyulur, təbəxxür olunur və yaxud bitkilərin mənimsəyə bilməyəcəyi formaya çevrilir.
Meyvə bitkilərinin qidalanmasında su, oksigen, karbon qazı, makroelementlərdən - azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd, dəmir, mikroelementlərdən - bor, manqan, sink, mis, molibden və digərləri iştirak edir. Bunlardan karbon qazı, oksigen və hidrogen bitkinin quru kütləsinin 93%-ni təşkil edir. Bunlar azotla birlikdə sulu karbonların, zülalların, yağların və digər üzvi birləşmələrin tərkibinə daxildir [7,8].
Mineral maddələr, bitkinin quru kütləsinin az bir kütləsini (3-5%) təşkil etməsinə baxmayaraq, onlar həyat üçün vacib elementlər sayılır. Bitkilərin həmin elementlərə olan tələbinə görə onlar iki qrupa - makro və mikro elementlərə ayrılır.
Makroelementlər. Azot. Meyvə bitkisinin həyat fəaliyyətinin əsas tənzimləyicisi olan bu element amin, amid birləşmələrinin, nuklein turşularmm, zülallar tərkibinə daxildir [7,8].
Azot çatışmazlığı. Meyvə bitkisinin həyat fəaliyyətinin əsas tənzimləyicisi olan bu element amin, amid birləşmələrinin, nuklein turşularının, zülallar tərkibinə daxildir.
Azot çatışmazlığı xlorofilin yaranması prosesini pozur, yarpaqlar saralır, zoğun boyu gödəlir, meyvələr xırdalaşır və tökülür. Müəyyən olunub ki, formalaşmağa başlayan meyvələrin tökülməsi səbəblərindən başlıcası onlarda zülali azotun azlığıdır.
Azot, əsasən köklər tərəfindən qeyri-üzvi birləşmələr şəklində mənimsənilir. Eyni zamanda azot kökdən kənar yemləmə ilə də yarpaqlar tərəfindən udula bilir.
Fosfor. Bir qrup mürəkkəb üzvi birləşmələrin - nukleproteidlərin, lipoidlərin, fermentlərin, mineral duzların tərkibinə daxildir. Tənəffüs prosesinin tənzimləyicisi və enerji daşıyıcısıdir. Fosforun çatışmaması boyu zəiflədir, generativ tumurcuqların formalaşmasını ləngidir, şəkərin toplanması prosesini pozur.
Kalium. Hüceyrə şirəsində sərbəst halda yerləşərək bitkinin quraqlığa və qışa davamlılığını yüksəldir, fermentlərin fəaliyyətini gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmin həyat fəaliyyətini artırır.
Kalium çatışmadıqda yarpaqlar saralır, ayanın kənarlarında yanıq əmələ gəlir, buğumarası gödəlir, boy zəifləyir. Bitkilərin turqor qabiliyyəti azalır, meyvələr xırdalaşır, keyfiyyəti pozulur.