Eyni zamanda qeyd olunmalıdır ki, torpaqda P-un yüksək dozada toplanması onu bitkilər tərəfindən mənimsənilən formaya salan mikroorqanizmlərin azalmasına səbəb olur.
Qeyd olunanlardan irəli gələrək mineral gübrələrin tətbiqi zamanı ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə onların, bitkilərin tələbatına uyğun normalarla vaxtında verilməsi təmin edilməlidir.
5.6. Ağacların suvarılması. Məhsuldar bağda suvarma norması, onun təyini, suvarmanın vaxtı və sayı
Meyvə bitkiləri canlı orqanizm bitkinin ayrı-ayrı orqanları su ilə təmin olunmadıqda onların həyat fəaliyyəti pozulur. Ona görə də illik atmosfer çöküntülərinin miqdan 500-600 mm-dən az olan bölgələrdə meyvə bitkiləri mütləq suvarılmalıdır. Yalmz illik atmosfer çöküntülərinin miqdarmın çoxluğu deyil, onun fəsillər üzrə paylanması da suvarma üçün əsas götürülməlidir. Belə ki, vegetasiya dövrü quraq keçən bölgələrdə illik yağıntıların miqdarından asılı olmayaraq meyvə bitkilərinin normal böyüməsi və inkişafı üçün mütləq süni suvarma tətbiq edilməlidir.
Meyvə bitkiləri yüksək məhsul istehsalı üçün çoxlu miqdarda su sərf edirlər. Vahid kütlədə meyvənin formalaşması üçün torpaq və bitki tərəfindən sərf olunan suyun miqdarı su istehlak əmsalı adlanır. 1 sentner məhsul istehsalı üçün vegetasiya dövründə orta hesabla 30-40 L su sərf olunur.
Bunu nəzərə alaraq meyvə bitkiləri vegetasiya dövründə, xüsusilə də yarpaqların tam formalaşdığı, meyvələrin böyüməsi və formalasdığı, həmçinin çiçək tumurcuqlarının əsasının qoyulduğu fazalarda su ilə təmin olunmalıdır (Şəkil 5.6).
Suvarmada başlıca məqsəd torpaqda meyvə bitkiləri üçün optimal rütubətlənmə rejimini qoruyub saxlamaqdır. Bu göstərici aşağı rütubət tutumunun (ART) 70-80% -i qədər olur. ART-ın kök zonasmda aşağı həddi ağn qranulometrik tərkibli torpaqlarda 75-80%, orta mexaniki tərkibli torpaqlarda 70-75%, yüngül torpaqlarda 60-65% olur.
Suvarma norması. Sahə vahidinin suvanlması üçün ayrılmış suyun miqdarına suvarma norması deyilir. Suvarma norması (m3/ha) aşağıdakı düsturla hesablanır [7,8]:
M=100HV(B1- B2)
Burada:
H - islanmış torpaq qatı, m;
V - torpağın həcm kütləsi, q/sm ;