Su, bu borularla axıdılır və böyük təzyiqlə, xırda məsaməli tordan torpaq sahəsinə püskürdülür. Bəzi hallarda təzyiqsiz, torpağın sorucu gücünə əsaslanan axımdan da istifadə edilir. Böyük perspektivi olan mütərəqqi suvarma üsulu hesab edilir.
Suvarmanın vaxtı və sayı. Suvarmanm vaxtı vegetasiya dövründə hər 10 gündən bir torpağın 1 metrlik qatında rütubətin miqdarını təyin etməklə müəyyənləşdirilir.
Torpağın rütubətliliyi müxtəlif üsullarla (termostat - çəki, piknometr, bioiqlim, fizioloji və s.) təyin edilir. Bunlardan daha dəqiq və operativ məlumat verəni radioaktiv üsul - neytron rütubət ölçən (NİV-2) hesab edilir. Bu cihazla 2 dəqiqə ərzində 30, 60 və 90 sm-lik qatlar üzrə rütubətlənmə səviyyəsini 2,5 % dəqiqliklə müəyyənləşdirmək mümkündür. Ümumiyyətlə isə suvarma vaxtı, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun olaraq, elmi-tədqiqat müəssisələri tərəfındən məsləhət görülmüş normativ suvarma cədvəli əsasmda müəyyənləşdirilir.
Suvarmanın sayına və onun normasına torpağın qranulometrik tərkibi, ağacların yaşı, cərgəaralarının saxlanma sistemi, calaqaltının tipi də təsir göstərir.
Ağır qranulometrik tərkibə malik torpaqlarda, ucaboylu calaqaltılar üzərində, yaşlı bağlarda ağaclar böyük normalarla gec-gec, yüngül torpaqlarda, gödək boylu calaqaltılar üzərində, cavan ağaclar isə az normalarla tez-tez suvarılır [7,8]. Cərgəaraları çəmən sistemində və siderat bitkilər altında saxlanılan bağlarda suvarma norması və suvarma sayı artırılmalıdır.
5.6.1. Fındıq bağlarında gübrələmə və suvarma
Fındıq bitkisinin yaxşı inkişaf etməsi, yəni boy atması, kolların güclənməsi və baradüşmə müddətinin tezləşməsi üçün gübrələmə və suvarmanın böyük əhəmiyyəti vardır. Fındıq bağlarına 3-4 ildən bir üzvü gübrə verilir. Üzvü gübrələrdən çürümüş peyin ən qiymətli gübrədir. Bol məhsul almaq üçün hər il mineral gübrə verilməlidir.
Fındıq kollarının cərgəaralarında birinci illər tərəvəz və ya bostan bitkiləri, torpağı münbitləşdirən bitkiləri əkmək olar.
Şəki - Zaqatala bölgəsi üçün torpağı münbit saxlayan araxis (yer fındığı) bitkisidir. Bu bitki torpağı azot ilə qüvvətləndirməklə yanaşı. alaq otlarından da təmiz saxlayır, bol və keyfiyyətli məhsul verir. Bu bitkinin tullantısı, yəni ot hissəsi mal-qara üçün qiymətli yem kimi istifadə olunur. Araxis (Arachis hypogaea L.)bitkisini fındıq bitkisinin cərgə aralarında 4-5 il əkmək olar (Ə.C.Rəcəbli, 2010). Lakin cərgə aralarını superfosfat gübrəsi ilə gübrələmək vacibdir. Fındıq kolları böyüdükdən sonra cərgə araları şumlanıb, təbii otlar və ya yonca altında saxlanılır. Fındığın kökləri üzdə olduğundan torpağın üst qatı tez qüvvədən düşür. Ona görə də fındıq bağını yaxşı gübrələmək lazımdır. Çürümüş peyin, superfosfat, kalium və ammonium şorası bir-birinə qarışdırılaraq cərgə aralarına verilir və 8-10 sm dərinlikdə şumlanır. Bir hektara 30-40 ton peyin, mineral gübrələrdən təsiredici maddə hesabı ilə 180 kq fosfor, 60 kq kalium gübrələri verilməlidir. Kirəcsiz torpaqlara hər 5-6 ildən bir 1 dəfə 7-8 ton kirəc verdikdə məhsuldarlığı 25%-ə qədər artır [4,7,8].
5.6.2. Suvarmanın sayı, üsulu və noramsı
Suvarmanın sayı torpağın quruluşundan çox asılıdır.