Qumlu, gilli-qumlu və çınqıllı torpaqlarda suvarma tez-tez, lakin kiçik normada aparılmalıdır, cərgəaraları, təbii çəmənlik altında olan bağlar daha çox suvarılır. Qrunt suları torpaq səthinə yaxın olan yerlərdə suvarmaların sayı azaldılır. Şəki - Zaqatala bölgəsinin rayonlarında yaşlı, bar verən fındıq bağlan iyul-avqust aylarında suvarılır.
Ənənəvi suvarma üsulu şırımla suvarmadır. Şırım arası 1,5-2 m olmaqla, dərinliyi 15 sm, eni 30 sm, uzunluğu 200-300 m olan şırımlar açılır. Maillik az olan sahələrdə şırımlar köndələninə açılır. Şırımla suvarma üsulunun mənfi tərəfləri:
Əlverişli üsul kimi suyun kapron borularla sahəyə verilib şırnaqlardan istifadə olunması hesab oluna bilər (Şəkil 5.7).
Yayda yağmurları azlıq edən bölgələrdə fındıq kollarını suvarılması vacibdir. Bu bölgələrdə bağlar suvarılmadıqda meyvələr tökülür, tökülməyən meyvələrin ləpəsi xırda olur. Respublikanın dağətəyi bölgələrində fındıq bitkisinin suvarılması vacibdir.
5.7. Alaqlarla mübarizə və herbisidlərin tətbiqi
Yuxarıda qeyd etdiyimiz kimi meyvə bağlarında alaqlarla mübarizədə uzun müddət mexaniki vasitələrdən istifadə etdikdə torpağın alt qatında sıxlaşma və «döyənək» əmələ gəlir. Bu isə kök sisteminin inkişafını məhdudlaşdırır, mikrorqanizmlərin fəaliyyətini zəiflədir.
Bu səbəbdən alaqlarla mübarizədə kimyəvi vasitələrdən - herbisidlərdən istifadə edilməsi torpağın becərilməsinə çəkilən xərci azaldır, kök sisteminin, gövdə və budaqların mexaniki zədələnməsi, torpağın yuyulması ehtimalını aradan qaldırır. Herbisidlər bitkilərə təsir mexanizminə görə kontakt və sistem xarakterli olurlar.
Kontakt xarakterli herbisidlər bitkinin hər hansı bir hissəsinə düşdüyü sahəni zədələyir, başqa orqanlara isə təsir etmir. Sistem xarakterli herbisidlər isə bitkinin toxumalarına daxil olaraq onun bütün hissələrini zədələyir.
Herbisidlər həm bitkilərə çilənir, həm də torpağa verilir. Torpağa verildikdə herbisidlər köklər vasitəsilə sorularaq, yerüstü hissəyə çiləndikdə isə toxumalar tərəfindən udularaq təsir göstərir.
Meyvəçilikdə torpağa verilən sistem xarakterli herbisidlər daha səmərəlidir. Çünki onlar meyvə bitkilərinə təsir etmədən, alaq otlan cücərən ərəfədə onları məhv edir.