6.1. Bitki mühafizə tədbirləri üzrə hüquqi normalar (istifadəçinin qorunması məqsədilə təhlükəsizlik iş paltarı, tənəffüs sisteminin mühafizəsi, su resurslarının qorunması və s., normativ sənədlər)
Qərzəkli meyvə istehsalında pestisidlər və aqrokimyəvi maddələrdən istifadə qüvvədə olan hüquqi normalar əsasında aparılır [1-3].
Yüksək aqrofonda becərilən qərzəkli meyvə bağlarında ağacların davamlılığı yüksək olub xəstəliklərlə siyarətlənməsi və zərərvericilərin yayılması ehtimalı aşağı olur. Xəstəlik və zərərvericilərə qarşı kompleks (inteqrir) mübarizə tədbirləri həyata keçirilməlidir. İnteqrasiya olunmuş metod təsərrüfat (aqrotexniki, texniki), bioloji və kimyəvi mübarizə üsüllarını özündə birləşdirir.
Təsərrüfat tədbirləri sırasında ilk növbədə bağların suvarılmasını və gübrələrin verilməsini qeyd etmək olar. Əksər xəstəlik törədən göbələklərin sporlarının siyarətlənmiş yarpaqda və meyvədə qışlaması nəzərə alınmaqla vegetasiyanın sonunda onların toplanaraq məhv edilməsi (yandırılması, torpağa basdırılması və s.) və ya sahədən kənarlaşdırılması vacibdir. Alma meyvəyeyəninə qarşı payız mövsümündə meyvələr tam yetişən ərəfədə ştambın gövdəsində tutucu kəmərlər yerləşdirilir (parça materialdan və ya karton kağızdan). Puplaşmaq üçün çətirdən torpağa enən tırtıllar həmin kəmərlərin altında toplanır və sonra yığılaraq məhv edilir. Bağda sanitar budaması apararaq səhiyyə vəziyyəti daima yüksək fonda saxlanılır.
Bioloji mübarizə üsulu, əsasən ziyanvericilərə qarşı entomofaqlardan və xəstəliklərə qarşı isə patogenlərin antoqonistlərindən geniş istifadə olunmasını nəzərdə tutur. Bura həm də tolerant sort və formaların becərilməsini aid etmək olar.
Kimyəvi mübarizə üsulu entomofitogen zərərvericilərə qarşı kimyəvi mübarizə üsulunun imkanlarından istifadəni nəzərdə tutur (Şəkil 6.1). Zərərverici və xəstəliklərə qarşı kimyəvi mübarizədə tətbiq olunan preparatlar bütövlükdə pestisid adlanır.
Pestisidlər kimyəvi tərkibinə görə 3 qrupa bölünürlər:
Üçüncü qrupa daxil olan pestisidlər fizioloji cəhətdən ən fəal qrup olub, istehsalın 90%-ni təşkil etməklə ekoloji cəhətdən daha çox narahatlığa səbəb olurlar. Tətbiq olunan pestisidlər ilk növbədə istiqanlı orqanizmlər üçün tam təhlükəsiz olmalıdırlar. Kimyəvi mübarizə üsulunun məhdud halda tətbiqi nəzərdə tutulmalıdır. Tətbiqinə rəsmi icazə verilmiş və istifadədə olan pestisidlərdən ümumi qaydalar əsasında istifadə olunur.