6.2.2. Badamın xəstəlikləri
Badam bitkisində ən geniş yayılan qorxulu zərərvericilər və xəstəliklər badam toxumyeyəni, həlqəvi ipəksarıyan, bənövşəyi qalxanlı yastıca, gənəciklər, pas xəstəliyi, monilioz, bakterial xərçəng xəstəliyidir. Xəstəlik və zərərvericilərə qarşı vaxtında və mübarizə aparılmadıqda meyvənin keyfiyyəti pisləşir, məhsuldarlıq azalır və bitkilərin inkişafı zəifləyir, bəzən ağaclar quruyaraq sıradan çıxır [4].
Badam bağlarında xəstəlik və zərərvericilərə qarşı həm kimyəvi mübarizə (Şəkil 6.3), həm də müəyyən aqrotexniki tədbirlər aparılmalıdır. İlk. növbədə bağda əkiləcək tinglər təmiz olmalı, xəstəlik və zərərvericilərlə sirayətlənməməlidir. Bağda bitki və cərgəarası yaxşı becərilməli, alaq otlarından təmizlənməli, ağacın yarpaqları, xəstə və quru budaqları kəsilib yandırılmalı (Şəkil 6.4), bağ vaxtında suvarılmalıdır[4]. Aşağıda bəzi xəstəlik və zərərvericilər haqqında məlumat verilir.
Pas xəstəliyi - Püstə və badam bitkilərində ən çox yayılan xəstəliklərdən biri hesab olunur. Xəstəliyə ən çox bitkinin yarpaqları yoluxurlar. Xəstəliyə tutulmuş yarpaqların üzərində əwəlcə açıq-qəhvəyi və getdikcə tündləşən qəhvəyi yastıcalar əmələ gəlirlər. Onlar xəstəlik törədicilərinin yaz və qış sporları hesab edilirlər. Qış dövrünü keçirən orqanlar əlverişli yaz şəraitində inkişaf edərək ağaclara yoluxurlar. Xəstəliyin təsirindən yarpaqlar tökülür və ağac çılpaqlaşaraq sonda quruyur (Şəkil 6.4).
Mübarizə tədbirləri. Bağa yüksək aqrotexniki qulluq göstərilməlidir. Xəstə yarpaqlar sahədən çıxarılıb yandırılmalı, qışlayan infeksiya mənbəyini məhv etmək məqsədilə cərgəaraları şumlanmah, qurumuş və xəstəliyə tutulmuş budaqlar kəsilib atılmalıvə yerinə bağ məlhəmi sürtülməlidir.
Kimyəvi mübarizədə isə iyul ayından başlayaraq 1%-li Bordo mayesi, üç dəfə 0,5%- li sineb və ya xometsin məhlulu ilə çiləmə aparmaq lazımdır. İkinci çiləmə birincidən 20 gün sonra, üçüncü isə ikincidən bir ay sonra aparılmalıdır.