Bunlar sonradan saralıb nəhayət qaralır və yarpaqlar vaxtsız tökülür. Fındıq ləpəsinə Nematospora coryli göbələkləri düşəndə ləpə qaralır, yemək üçün yaramır.
6.2.4. Şabalıdın xəstəlikləri
Şabalıd ağaclarının kütləvi quruması. Kütləvi quruma şabalıdın bütəv təbii yayılma arealında müşahidə olunun. Əsasən orta yaşlı ağacların çətri yuxarı hissədən başlayaraq quruyur və nəticədə ağac birneçə ilin ərzində məhv olur. Şabalıdın kütləvi qurumasına krifonektriya və ya endotiya xərcəngi səbəb olub (Cryphonectria parasitica/Endothia para-sitica Mirr.) mübarizə tədbiri işlənilməmişdir.
Yarpaq yanığı. Bu xəstəlik şabalıdın yarpağına düşür. Bəzi illərdə böyük zərər də verir. Məhsulun azalmasına səbəb olur. Yarpağın üzərində kiçik ləkələr əmələ gəlir. Sonradan bunlar bir-birinə qarışıb, böyük ləkələr təşkil edirlər. Ləkələrin rəngi bozumtul, tünd-qırmızıdır. Ləkələrin aralıqlarında olan yaşıl rəng sonradan sarıya çalır. Xəstələnmiş yarpaqlar tədricən saralıb-quruyur və lülə kimi büzüşərək tökülməyə başlayır. Yarpaqlar meyvə yetişməzdən əvvəl, avqustda-sentyabrda töküldüyündən meyvələr puç qalırlar. Xəstəlik şabalıdın meyvə qərzəklərinə də düşür.
Xəstəlik xüsusi bakteriyalar (sthaerella maculiformis) tərəfindən əmələ gəlir. Bunların mitselləri yarpağın hüceyrələrini dağıdır. Tökülmüş yarpaqlarda onun sporları ildən ilə qalır. Mübarizə yolu xəstələnmədən əvvəl yarpaqlara göy daş məhlulu çiləməkdir. Ancaq praktikada bunu etmək mümkün olmayır. Böyük təsərrüfatlarda bunu aeroplan vasitəsilə etmək olar.
Şabalıd kifi. Şabalıd meyvələri yaxşı qurudulub-saxlamlmadıqda ləpələrinin içi kif bağlayır. Kiflənmiş ləpə quruyur, rəngi saralır pis qoxusu və yaramaz tamı olur. Bunlar bir qədər rütubətli yerdə saxlanıldıqda üzəri külli miqdarda yaşımtıl, tozlu kiflə örtülür. Bunlara əl dəydikdə sporları dağılır. Bu kif Penicillium crustaceum göbələyindən əmələ gəlir. Xəstəliyi müalicə etmək mümkün deyildir. Qarşısını almaq üçün ancaq şabalıdı quru yerdə saxlamaq lazımdır.
Bir çox xəstəliklər var ki, başqa ölkələrdə böyük zərərlər vurur. Məsələn, mürəkkəb xəstəliyi - Blepharaspora cambivora. Həmin xəstəliklərin bir çoxu Azərbaycanda müşahidə olunmur.
6.3. | Qərzəkli meyvə bitkilərinin zərərvericiləri - onların əsas xüsusiyyətləri, zərər formaları, zərər dərəcəsi və zərərvericilərlə əsas mübarizə tədbirləri (aqrotexniki, bioloji, kimyəvi, fiziki-mexaniki, karantin və inteqrir üsullar) |
6.3.1. Cəvizin zərərvericiləri
Alma meyvəyeyəni (Laspeyresia pomonella L./Cudia pomonellaL). Azərbaycanda cəvizin meyvələrinə daha çox ziyan vuran zərərvericidir. Bəzi illərdə məhsulun 30-40%-ə qədərini zədələyir. Vegetasiya müddətində iki nəsil verir (Şəkil 6.7), birinci nəsildən olan tırtıllar zədələdiyi meyvələr adətən yetişməmiş tökülür, ikinci nəsildən olan tırtıllar zədələdiyi mey-vələr məhsulun tərkibində olmaqla onun keyfiyyətini aşağı salır (Şəkil 6.8).