6.3.2. Badamın zərərvericiləri
Badam bitkisində ən geniş yayılan qorxulu zərərvericilər və xəstəliklər - badam toxumyeyəni, həlqəvi ipəksarıyan, bənövşəyi qalxanlı yastıca, gənəciklər, pas xəstəliyi, monilioz, bakterial xərçəng xəstəliyidir.Xəstəlik və zərərvericilərə qarşı vaxtında və düzgün mübarizə aparılmadıqda meyvənin keyfiyyəti pisləşir, məhsuldarlıq azalır və bitkilərin inkişafı zəifləyir, bəzən ağaclar quruyur, sıradan çıxır.
Badam bağlarında xəstəlik və zərərvericilərə qarşı həm kimyəvi mübarizə, həm də müəyyən aqrotexniki tədbirlər aparılmalıdır. İlk. növbədə bağda əkiləcək tinglər təmiz olmalı, xəstəlik və zərərvericilərlə sirayətlənməməlidir. Bağda bitki və cərgəarası yaxşı becərilməli, alaq otlarından təmizlənməli, ağacın yarpaqları, xəstə və quru budaqları kəsilib yandırılmalı, torpaqlar vaxtında suvarılmalıdır. Aşağıda bəzi xəstəlik vəzərərvericilər haqqında məlumat verilir.
Badam toxumyeyəni. Bu həşəratın süfrələri axırıncı mərhələdə badamın çəyirdəyində qışlayır, sonra çəyirdəyin içərisini deşərək bayıra çıxır (Şəkil 6.10). Yazda pup, sonra isə yetkin kəpənəyə çevrilir. Dişi fərd hələ bərkiməmiş çəyirdəyin divarını deşərək oraya yumurta qoyur. Tırtıl çəyirdəyin ləpəsini yeyir (Şəkil 6.11) və meyvələrin quruyaraq yetişməmiş tökülməsinə səbəb olur
Mübarizə tədbirləri. Vegetasiya dövründə zədələnmiş və ya yerə tökülmüş meyvələr yığılıb məhv edilməli, iyun ayınınəvvəlində ağaclar 0, 025%-li arrivo, 0,04%-li karate, Bİ-58 və s. pereparatlardan biri ilə çilənməlidir.
Həlqəvi ipəksarıyan. Tırtılları qışlamadan tumurcuqlar açıldıqdan sonra çıxır. Tırtılların üzəri gödək, seyrək tüklə örtülü olur. Yumurtaları silindrik, tırtıllarıuzununa zolaqlı, mavi boz rənglidir. Pupu seyrək, kürən tüklü, qara - qonur rənglidir. Onlar qönçələri, çiçək və yarpaq ayalarını yeyirlər. Tırtıllar topa halında yaşayırlar. Bükülmüş yarpaqlarda, baramada və qabıq çatında toplaşırlar.