6.3.5. Şabalıdın zərərvericiləri
Böcəklərdən şabalıda ziyan vuran, onun yarpaqlarını yeyən tırtıllardır ki, bunların bəzi illərdə böyük zərəri olur (Şəkil 6.17). Bu tırtıllar Dasychira selentika kəpənəyinin tırtıllarıdır. Kəpənək qara rəngdədir.
Şabalıd qurdunun (Balaninus elephas) tırtılları qərzəyin arasına girib meyvələri deşərək yeyir.
Bundan əlavə, Laspeyresia spendana adlı kəpənəyin tırtılı avqust və sentyabrda şabalıdın meyvələrini deşib yeyir (Şəkil 6.17). Zədələnmiş meyvə puç olur. Zərəri çoxdur. Bununla mübarizə yolu ancaq tez tökülmüş meyvələri toplayıb yandırmaqdır. Çünki bunların içində pup halına keçmiş tırtıl vardır. Bu üsulla zərərverici ikinci ildə azalır.