Ona görə də Azərbaycanda seçmə yığım iyul ayının axırlarında, avqust ayında isə kütləvi yığım başlayır. Bəzi sortlar (Gəncə fındığı) təzə halda yeyilmək üçün sütül dövründə yığılır, çərəz kimi istifadə olunur. Fındığın yetişməsi qərzəyin büzüşməsindon və qərzək daxilindəki fındığın sortuna məxsus rəng almasından bilinir. Yetişmiş fındıqlar qərzəklərindən asanlıqla ayrılır. Qərzəkləri qısa olan sortların meyvələri qərzəkləri uzun olan sortların fındıqlarından fərqli olaraq qərzəkdən asanlıqla yerə tökülür. Bunlar qərzəkləri ilə bərabər ağacdan çırpılır. Qərzəkdən asan ayrılan sortların meyvələrinin toplanması olduqca çətindir. Yerə tökülən qərzəksiz fındıqları toplamağa çox vaxt sərf olunur. Ona görə də sortlar bir qədər tez yığılmalıdır ki, məhsul inkişaf etsin. Qərzəkləri uzun (fındıqları ağacdan silkələyib yerə tökürlər. Topa-topa töküldüyü üçün onların toplanması asandır. Fındıq meyvəsi bir neçə dəfə yığılır. Yetişən vaxtı hər 3-4 gündən bir kolların altını gəzib, yerə tökülmüş fındıqlar yığılır. Sonuncu dəfə yığmaqdan əvvəl fındıq budaqlan silkələnir. Budaqda yalnız çürük və boş fındıqlar tökülmədən qalır.
Fındıq əsasən silkələnməklə kolun ətrafından yığıldığı üçün sahə əvvəldən məhsul yığımına hazırlanmalıdır. Fındığın yığımına başlamazdan əvvəl cərgəaraları və kolun gövdə ətrafları otlardan və alaqdan təmizlənməsi, çalınmış otlar bağdan çıxarıldıqdan sonra gövdə ətrafındakı torpaq hamarlanır ki, fındıq itkisinə yol verilməsin. Meyvəsi sentyabrın birinci ongünlüyündə yetişir.
Qərzəkli toplanan fındıqlar üstü örtülü açıq yerə tökülüb, 50 sm hündürlükdə sərgidə saxlanılır. Hər iki gündən bir bu sərgini qarışdırırlar. Yağmurlu olan yerlərdə bu iş çardaqların altında görülməlidir və anbara tökülməlidir. Anbara tökülən fındıqlar quru olmalıdır. Rütubəti çox olan fındıqları saxlamaq çətindir. Yəni ləpəsi asanlıqla kiflənir, qabığın rəngi qaralır. Anbara tökülmüş fındıq tez-tez qarışdırılmalı və anbarın havası quru olmalıdır.
Qeyd olunduğu kimi fındıq ləpəsi asanlıqla rütubəti özünə cəzb edir. Buna görə də fındıq quru yerdə və quru anbarlarda saxlanılmalıdır.
7.4. Qərzəkli meyvələrin saxlanılması. Meyvələrin saxlanılma imkanları, şəraiti, müddəti (uzun və qısa müddətli saxlanılma), məhsulun müxtəlif növ saxlayıcılara yerləşdirilməsi və onların nəql edilməsi