Ölkəmizdə və dünyada qərzəkli meyvə məhsulunun yığımı problemlərini araşdırın və onların həlli yollarını qrup yoldaşlarınızla birgə müzakirə edin.
Azərbaycanda qərzəkli meyvə məhsulunun yığımı haqqında ümumi məlumat əldə edin.
Yaşadığınız ərazidə və yaxın rayonlarda qərzəkli meyvə məhsulunun yığımı ilə tanış olun, gəlir və xərclər ilə bağlı məlumatları toplayın, fermer təsərrüfatlarında qərzəkli meyvə məhsulunun əl ilə və ya mexanikləşdirilmiş üsulla yığımını araşdırın.
Yaşadığınız ərazidə və yaxın rayonlarda bazarda müşahidələr aparıb qərzəkli meyvə məhsulunun satış qiyməti haqqında məlumat toplayın.