1.2.5. Azərbaycanda cəvizin bioloji müxtəlifliyi, genofondu və sort bazası
Cəviz özünün polimorfluğu ilə seçilir. Polimorfizm (poly-çox, morphos- forma) populyasiya daxilində eyni növdən olan fərdlərin biri-birindən morfoloji, bioloji, ekoloji, təsərrüfat, əmtəə və s. göstəricilərinə görə seçilən forma müxtəlifliyinin olmasıdır. Cəvizin forma müxtəlifliyi onun çiçəklənməsində, meyvə verməsində, yarpaqlarının formasında, rəngində, məhsuldarlığında, ağacın tolerantlığında və s. müşahidə olunur.
Meyvələrinin morfoloji göstəricilərinə görə müxtəliflik daha geniş yayılmışdır (Şəkil 1.14). Təbii populyasiyalarda meyvələrin dəyişkənlik əmsalı 200...600% təşkil etməklə cədvəl 1.1 - də verilmişdir.
Dəyişmə amplitudası |
Meyvələrin göstəriciləri | ||||||
H, mm |
D1, mm |
D2, mm |
Forma əmsalı, K |
Kütləsi, q |
Qabığın qalnlığı, mm |
Ləpə çıxımı, % |
|
Minimum | 27,51 | 25,08 | 24,99 | 0,92 | 5,06 | 0,92 | 23,35 |
Orta | 36,53 | 30,41 | 32,39 | 1,16 | 10,08 | 1,45 | 47,74 |
Maximum | 57,74 | 42,07 | 42,35 | 1,52 | 24,10 | 2,92 | 58,66 |
Cədvəl 1.1. Azərbaycanda yabanı cəvizin meyvələrinin müxtəlifliyi (polimorfizmi)
Cəvizin: H- uzunluğu, D1 və D2-müvafiq olaraq qabıq tayları və tikiş arası diametrləri, K - forma əmsalı (K = 2H/ (D1 + D2) , K<1 olduqda cəvizin forması oval və ya sıxılmış, K>1 olduqda uzunsov və K=1 olduqda isə kürə formalı olur.
Beləki, ləpə çıxarı faizinə görə dəyişkənlik 250, qabığın qalınlığına görə 300 və meyvələrin kütləsinə görə isə 500% təşkil edir.
Azərbaycanda təbii yayılan cəviz ağacları meyvələrinin keyfiyyət və əmtəə göstəricilərinə görə bir sıra məşhur yerli və xarici sortlardan heç də geri qalmır. Bunlardan başlıcası olaraq cəvizin kutləsini (24,1 qr.), qabığın qalınlığını (0,92 mm) və ləpə çıxarı faizini (58,66%) göstərmək olar.
Külək vasitəsi ilə çarpaz tozlanmanın (mayalanmanın) nəticəsi olaraq cəviz heterozigot növ olub genomu cüt allellər daşıyıcısıdır. Toxumla çoxaltdıqda yeni alınan nəsildə irsi xassələrin haçalanma-parçalanması nəticəsində yeni formalar yaranır. Hər bir yeni yaranan forma meyvələrinin morfoloji göstəricilərinə - iriliyi (kütləsi), qabığın qalınlığı, forması, ləpə çıxımı, yağlılığı və s., biri-birindən və eləcədə ana (çoxaldılan) ağacdan kəskin fərqlənir. Hər ağac daxilində meyvələr morfoloji göstəricilərinə görə yekcins olduğu halda, ayrı-ayrı ağaclar arasında nəzərə çarpacaq dərəcədə fərq müşahidə olunur (şək. 3., A., B.). Bu səbəbdən də təbii yayılan cəviz ağaclarında və toxumla coxaldılmış əkinlərdə neçə ağac varsa meyvələrinin morfoloji müxtəlifliyinə görə o qədər də formanın olmasını söyləmək olar.
Külək vasitəsilə çarpaz mayalanmanın nəticəsi olaraq cəviz heterozigot növ olub toxumla çoxaltdıqda yeni alınan nəsildə irsi xassələrin haçalanma-parçalanması nəticəsində yeni formalar yaranır. Hər bir yeni yaranan forma meyvələrinin morfoloji göstəricilərinə görə (iriliyi, kütləsi, qabığın qalınlığı, forması, ləpə çıxımı %-i, yağlılığı və s.) biri-birindən və eləcədə ana (coxaldılan) ağacdan kəskin fərqlənir. Hər ağac daxilində meyvələr morfoloji göstəricilərinə görə yekcins olduğu halda, ayr-ayrı ağaclar arasında nəzərə carpacaq dərəcədə fərq müşahidə olunur (Şəkil 1.12, A., B.).