Ordubad rayonunda yayıimış cəviz sort və formalarının əksəriyyəti nazik qabıq və çox yağlıdır.
Azərbaycanda rəsmi təsdiq olunmuş əksər cəviz sortları (Araz, Car, Disar, Dindi, Seyfi, Suqra, Əkbəri, Əşrəfi, Üstün, Qum, Vənənd, Azərbaycanın salxımvari cəviz sortu və b.) Ordubad mənşəli olub Naxçıvanda cəvizin genofondunun zənginliyini və qədim becərmə tarixi olmasını təsdiqləyir. Bir neçə sort Şəki-Zaqatala bölgəsinə aid olub Zaqatala (Car, Dindi) və Qax (Qum) rayonlarının ərazisində əldə olunmuşdur.
Həmin cəviz sortları “Araz” Elm İstehsalat Birliyinin (Ordubad rayonu), ET Bağçılıq və Çayçılıq İnstitutunun Pərzivan Dayaq Məntəqəsinin kolleksiya bağlarında mövcuddur.
Azərbaycanın ərazisində təbii halda, müxtəlif təyinatlı əkmələrdə, həyətyanı sahələrdə kifayət qədər qiymətli və perspektiv cəviz formalrı yayılmışdır ki, onlar da meyvəsinin keyfiyyət göstəricilərinə görə bir cox məşhur xarici və yerli sotlardan hec də geri qalmır, hətta üstündür (Şəkil 1.15).
Naxçıvanda qozun genofondu seleksiya baxımdan daha zəngindir. Burada minilliklər ərzində daha keyfiyyətli cəviz nümunələrinin toxumla artırılması selektiv seleksiya təşkil etməklə bir çox yuksək keyfiyyətli formaların yaranmasına və yayılmasına səbəb olmuşdur. Naxçıvanda nazikqabıq, iri, ləpə çıxımı yüksək olan cəviz formaları ilə Ordubad daha məşhurdur (Üstüpü, Məzrə, Unus, Dirnis, Pəzməri, Kələki, Aşağı və Yuxarı Əndəmic və s. kəndlər). Cəviz Şahbuz (Biçənək, Ayrıc, Kolani, Badamlı kəndləri), Babək (Yuxarı Buzqov kəndi), Şərur (Daş arx kəndi) rayonlarında da geniş yayılmışdır. Naxçıvanda yayılan cəviz formalarının əksəriyyəti nazikqabıq olub yağlılığı yüksəkdir. Burada “Kağızı” adı ilə tanınan və məşhur olan cəviz formaları geniş bir qrup təşkil edir. Bütovlükdə, Naxçıvanda yayılan cəviz sortları və formaları bir qayda olaraq nazikqabıq olması, iriliyi, yüksək yağlılığı və ləpə çıxımı, məhsuldarlığı ilə fərqlənirlər.
1.2.6. Azərbaycanda yayılmış cəviz sortları
Azərbaycanda cəviz bitkisinin qiymətli sortları çoxdur. Bunlar əsasən respublikamızın Ordubad, Zaqatala, Qəbələ, Quba və digər rayonlarında daha çox yayılmışdır. Ordubad rayonunda yayılmış cəviz sort və formalarının əksəriyyəti nazik qabıqlı və çox yağlıdır.
Respublikamızda mövcud olan cəviz sort və formalarının hamısı 2 yerə bölünür: kağızı (nazik qabıqlı) və çətənə (bərk qabıqlı) - ləpəsi çətin ayrılan cəvizər.
Kağızı cəvizlər qrupuna daxil olan cəviz sort və formaları meyvələrinin böyüklüyü, forması, ləpənin yağlılıq faizi, ağaclarının məhsuldarlığı və müxtəlif vaxtlarda yetişməsi ilə biri-digərindən fərqlənir.
Çətənə və ya bərk qabıqlı cəvizlərin ləpəsi çətinliklə çıxır, ləpə çıxımı az olur. Bu cəvizlərə də Azərbaycanın müxtəlif rayonlarında rast gəlmək olur.