Ata-baba. Şəki-Zaqatala bölgəsində ən qədim zamanlardan becərilən xalq seleksiyası sortudur. Respublikamızda fındıq bağlarının 93%-ni təşkil edir. Kolları qüvvətli (8-10 m) çoxlu pöhrə əmələ gətirir, çətiri dəyirmi, sıx yarpaqlı, məhsuldar sortdur, bir koldan 16-20 kq məhsul toplanır. Pöhrələri ayırma üsulu ilə çoxaltdıqda 5-ci ildə bara düşür. Hər il məhsul verir [4,12].
Azərbaycanın xalq seleksiyası sortudur. Kolu orta böyüklükdə, hündürlüyü 6-8 m olub, çətiri seyrək formalıdır. Beşinci ildən məhsula düşür, bir kolun məhsuldarlığı 9 kq-dır. Sentyabrın əvvəllərində yetişir. Meyvəsi iri (2,89qr), yumru və qabırğalıdır. Qabığı orta qalınlıqda, açıq rəngdədir, ləpəsi qəhvəyi rəngli qabıqla örtülü olur. Ləpə çıxımı 50,5%, yağlılığı 68%-dir.
Uzunburunla cüzi miqdarda zədələnir. Orta dərəcədə pöhrə əmələ gətirir. Quraqlığa davamlıdır.
1.4.4.2. Seleksiya sortları
Fındığın seleksiya sortları Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Çayçılıq İnstitutunun (AzETB və Çİ) əməkdaşları tərəfindən müxtəlif illərdə Şəki-Zaqatala bəlgəsində (Pərzivan Dayaq Məntəqəsi, Zaqatala) və Quba - Xaçmaz bölgəsində əldə olunmuşdur [4].
Qızıl fındıq. 1967-ci ildə Dövlət Sort Sınağına qəbul edilmişdir. Kolu hündür, boyu 9 metr, tez böyüyən sıx çətirə malikdir. Üçüncü ildə məhsula düşür. Bir kolun məhsuldarlığı 20 kq, meyvəsi orta irilikdə (2,4 qr), dəyirmi formada olub, avqustun axırında yetişir (Şəkil 1.34). Qərzəyi meyvəsindən 2 dəfə uzun, ətirlidir. Qabığı nazik, qəhvəyi-qızılı rəngdə olub, parlaqdır. Ləpəsinin rəngi açıq - qəhvəyi olub, içi krem (açıq sarı) rəngdədir. Ləpə çıxımı 51%, yağlılığı 69,8%-dir.Quraqlığa və zərərvericilərə qarşı çox davamlıdır.
Nəsimi. Qərzəyı meyvəsini tam örtür. Fındığı yumru, rəngi qəhvəyidir. Kolun hündürlüyü 10 m, sallaq çətirlidir. 1000 ədəd fındığın kütləsi 1920 qrramdır (1 kq-da fındığın sayı 1920 ədəddir. 10 yaşlı kolun məhsuldarlığı hər koldan 17 kq, bir hektardan isə 2856 kq-dır. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Arzu. Kolu 3,8 m hündürlüyündə, olub dağınıq çətirə malikdir. Məhsula dördüncü ili düşür. Hər il bar verir. Sentyabrın əvvəllərində yetişir. Bir meyvənin kütləsi 2,7 qr-dır. Qərzəyi meyvədən azca uzundur. Qabığı nazik, açıq - qəhvəyi rəngdə olub, parlaqdır. Ləpəsi açıq - qəhvəyi rəngdədir. Ləpə çıxımı 48,9%, yağlılığı 70,2%-dir.Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Barlı. Sortun kolunun hündürlüyü 12 m, sallaq çətirə malik, sıx yarpaqlıdır. Məhsula dördüncü ili düşür. Hər il bar verir. 15 yaşlı kolun məhsuldarlığı 20 kq, bir hektar sahədən 2300 kq məhsul əldə edilir.