Aslan-baba. - Sort seçmə yolu ilə əldə edilmişdir. Kolun hündürlüyü 10-12 m, sallaq çətirlidir. 10 yaşlı kolun məhsuldarlığı 15 kq, hektardan məhsuldarlığı isə 2030 kq-dır. Meyvəsi avqust ayının ikinci ongünlüyündə yetişir. Ləpə çıxımı 51%, yağlılığı 69,7%-dir.Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Qax-faraş. Kolu ortaboylu, hündürlüyü 4,5 m-dir. Çətiri sıx, dəyirmi, kürə formasındadır. Məhsula dördüncü ili düşür. Hər il barverir. On yaşlı koldan 35 kq, bir hektardan isə 2430 kq məhsul toplanır. Meyvəsi xırda (1,9 qr), dəyirmi, konus şəklindədir. Qərzəyi meyvədən 2 dəfə uzundur. Qabığı nazik, hamar olub, rəngi qırmızı - qəhvəyidir. Ləpə çıxımı 49,4%, yağlılığı 69,7%-dir.Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Pərzivan Zərifi. - Kolunun hündürlüyü 10 m, sıx çətirlidir, bir kolun məhsuldarlığı 12-15 kq-dır. Meyvəsi iri, rəngi qızılı, ləpə meyvəsini tam doldurur. Sentyabrın ikinci ongünlüyündə yetişir. Ləpə çıxımı 49%, yağlılığı 70,5%-dir. Bir hektardan məhsuldarlıq 2000 – 2500 kq-dır.
Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı çox davamlıdır.
Saçaqlı. Sort Şəki-Zaqatala bölgəsində geniş yayılmışdır. Dövlət Sort Sınağına 1967-ci ildə qəbul edilmişdir. Kolu 11 m hündürlükdədir. Çətiri seyrək formalı, sıx yarpaqlıdır. Çoxlu pöhrə əmələ gətirir. Məhsula dördüncü ildə düşür. Hər il bar verir. Bir kolun məhsuldarlığı 15 kq-dır. Meyvəsinin kütləsi 2,1 qr-dır. Formaca dəyirmi-uzunsovdur. Qərzəyi meyvədən 2 dəfə uzundur. Meyvənin qabığı çox nazik, açıq-qəhvəyi rəngdədir. Ləpəsi açıq-qəhvəyi olub, pərdə içərisindədir. Ləpə çıxımı 52,5%, yağlılığı 70,6-dir.
Quraqlığa, zərərverici və xəstəliklərə qarşı davamlıdır.
Ata-Ulla- Kolu ortaboyludur. Meyvəsi sentyabrın ikinci ongünlüyündə yetişir. Meyvəsi iri, göbəkli olub qabığı nazikdir. 15 yaşlı kolun məhsuldarlığı 10-12 kq olmaqla, hektardan 1600-1800 kq məhsul verir. Ləpə çıxımı 47%, yağlılığı 71%-dir. Xəstəlik və zərərvericilərə, quraqlığa qarşı davamlıdır.
Azəri. Kolu orta hündürlükdə - 3,8 m-dir. Dağınıq çətirlidir, çoxlu pöhrə əmələ gətirir. Məhsula dördüncü ili düşür. Hər il bar verir. Bir koldan 10 kq məhsul verir. Sentyabrın əvvəllərində yetişir. Bir meyvəsinin kütləsi 2,7 qr-dır. Qərzəyi meyvəsindən azca uzundur (Şəkil 1.36)., qabığı nazik, açıq-qəhvəyi rəngdə olub, parlaqdır. Ləpəsi açıq-qəhvəyi rəngdədir. Ləpə çıxımı 48,9%, yağlılığı 70,2%-dir. Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
1.4.4.3. İntroduksiya olunmuş fındıq sortları
Xeyneks-Sellernus. Sort Avropa mənşəlidir. Kolu orta boylu (8,5 m), sıx yarpaqlıdır. Çoxlu pöhrə əmələ gətirir. Lakin pöhrələr kök boğazına bitişik olduğu üçün ondan əkin materialı kimi istifadə etmək olmur. Bu sortdan əkin materialı kimi istifadə etmək üçün cavan zoğları (şivləri)daldırırlar. Daldırılan şivlərin tumurcuqlarından ilk yazda zoğlar çıxır ki, payızda onlardan bağ salmaq üçün istifadə edilir.