Yazda şaxtalı havalar da çiçəkləməyə mənfi təsir göstərir, mayalanma prosesi çətinləşir, məhsuldarlıq aşağı düşür. Bu bitki əsasən arıların köməyi ilə tozlanır . Çiçəklər mayalandıqdan 17-18 gün sonra çəyirdəkli meyvə əmələ gəlməyə başlayır. Çəyirdəyin içərisində 1-və ya 2 ləpə olur.
1.5.4. Azərbaycanda genofondu və sort bazası
1.5.4.1. Azərbaycanda geniş yayılmış badam sortları
Azərbaycanda badamın təsərrüfat-bioloji xüsusiyyətlərinə görə biri – digərindən fərqlənən bir çox sort və formaları mövQırmızı lombard. Kolu orta hündürlükdədir (3,8 m). Dağınıq çətirlidir. Orta dərəcədə pöhrəvermə qabiliyyətinə malikdir. Məhsula dördüncü ili düşür.Hər il bar verir. Bir koldan 10 kq məhsul verir. Sentyabrın əvvəllərində yetişir. Bir meyvəsinin kütləsi 2,5 qramdır. Qərzək meyvəsi ilə bərabərdir. Qabığı orta qalınlıqda, açıq-qəhvəyi rənglidir. Ləpə çıxımı 45,2%, yağlılığı 62,5 %-dir(Şəkil 1.43).
Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı orta dərəcədə davamlıdırcuddur. Toxumla çoxaldılan badamların meyvələri bəzən acı və standart olmadığından ucuz qiymətləndirilir. Çəyirdəyinin, qabıqlarının qalınlıqlarına görə badamlar daş badam və kağızı badam növlərinə, ləpəsinin dadına görə acı badam və şirin badam növlərinə ayrılırlar. Badam çəyirdəyinin formalarına görə uzun, ucları şiş, yarımdairəvi, yarım oval, qılıncı və s. olur (Şəkil
1.44). Azərbaycanın yerli sortlarının əksəriyyətinin ləpəsi şirindir [4].
Kağızı badamlar qrupuna daxil olan badamlar çox nazik (kağızı), bir əlin barmaqları ilə bir-birindən asan ayrılan qabığa malik olurlar. Bu sortlardan yüksək faizli, təmiz badam ləpəsi almaq üçün istifadə olunur.