2 | Boliviya | 84 813 | 3.75 |
3 | Türkiyə | 64 750 | 2.86 |
4 | Cənubi Koreya | 56 244 | 2.49 |
5 | İtaliya | 50 889 | 2.25 |
6 | Yunanıstan | 31 557 | 1.40 |
7 | Portuqaliya | 26 780 | 1.18 |
8 | Yaponiya | 16 500 | 0.7 |
9 | İspaniya | 16 185 | 0.72 |
10 | Şimali Koreya | 12 540 | 0.55 |
11 | Fransa | 8 642 | 0.38 |
12 | Albaniya | 6 040 | 0.27 |
13 | Çili | 3 009 | 0.13 |
14 | Bosniya və Herseqovina | 1 141 | 0.05 |
15 | Azərbaycan | 728 | 0,03 |
Cəmi | 2 762 808 | 100 |
Cədvəl 1.5. Dünyada şabalıd istehsalının aparıcı ölkələr üzrə həcmi (FAOSTAT, 2016)
1.7.3. Başlıca bioloji və ekoloji xüsusiyyətləri
Adi şabalıd (Castanea sativa Mill.) Fıstıqkimilər (Fagaceae) fəsiləsinə aiddir.
Bu fəsilənin yeddi cinsindən üçünə Azərbaycanda rast gəlinir. Bunlar Castanea (şabalıd), Quercus (palıd), Fagus (fıstıq) cinsləridir. Şabalıd (Castanea) cinsinin dünyada yayılan 30 növündən yalnız adi şabalıd (buna bəzən yeyilən və ya əkilən şabalıd da deyirlər) Azərbaycanda təbii yayılmışdır və qədim zamanlardan becərilir. Ona Böyük və Kiçik Qafqaz, Lənkəran və Qarabağda dağ yamaclarında, aşağı dağ qurşağı ərazilərində fısdıq, fısdıq-vələs ağaclıqlarının tərkibində rast gəlmək olar [7].
Şabalıd birevli, ikicinsli bitkidir (Şəkil 1.59). Böyümə xarakterinə görə ağacları bir-birindən fərqlənir, əsasən düzgövdəli, hündürə qalxan çətirlidir.
Hündürboylu, geniş çətirli, uzunömürlü ağac bitkisidir. Ağacın hündürlüyü 30-40 metrdir. Gövdəsi qalın, düz, qabığı qara, cadarlıdır. Cavan budaqları qəhvəyi rəngdə olub, tüklüdür. Mil kökləri torpaqda çox dərinə gedir və yanlara (ətrafa) doğruyayılır.