Yarpağı sadə, ellips şəklində, saplaq tərəfi qılınc və ya ürəkşəkilli olur. Yarpağın kənarı dişli, çox qalın, üst tərəfinin rəngi alt hissəyə nisbətən tünd olur.
Erkək və dişi çiçəkiəri bir ağacm üzərində ayrıca yerləşir (Şəkil 1.60). Erkək çiçəkləri uzun sırğa şəklindədir. Bunlar cavan budaqların yarpaq qoltuğunda yerləşir, çox ətirli olub, ağ-sarımtıl rəngdədir. Uzunluğu 20 sm-dən çox olmur. Bir sırğanın üzərində ayrıca olaraq 8-12 ədəd çiçək yerləşir .
Dişi çiçəklər birillik zoğlar üzərində, yarpaq qoltuğunda 2-3 ədəd bir yerdə yerləşir. Dişi çiçəklərin ləçəkləri 3-4 ədəddir; Meyvəsi tikanlı, qərzəklidir, yetişən dövrdə qərzək ayrılır. Bir qərzək içində 2-3 ədəd şabalıd olur.
Meyvəsinin üst qabığı tünd və açıq-darçını, şabalıdı rəngdədir. Meyvənin qərzəyə yapışan yeri sortdan və formadan asılı olaraq müxtəlif şəkildə olur.
1.7.4. Azərbaycanda genofondu və sort bazası
Adi şabalıdın sort və formaları çoxdur. Bu sortlar əsasən Zaqatala və Qəbələ rayonlarında yayılmışdır. Aşağıda respublikamızda xalq seleksiyası yolu ilə əldə edilmiş ən yaxşı sortların qısa təsviri verilir [4,7,8,12,13].
Xanlıq. Sort Qəbələ rayonunda yayılmışdır. Ağacı hündürboylu (35-40 m) olub, çətiri seyrək, diametri 19-20 m-dir, gövdəsinin diametri 7-9 m, qabığı kül rəngdədir, üzərində çatlar olur, yarpağı orta irilikdə, üzəri çılpaq, kənarı qarmaqvari, dişlidir. Qərzəyi orta qalınlıqda, üzəri tikanlı, bir qərzəkdə 3-4 ədəd meyvə olur. Meyvəsi orta böyüklükdə (8,3 qr), dairəvi formada, qabığı nazik, rəngi tünd-şabalıdı və parlaqdır. Ləpəsi qabıqdan asan ayrılır. Ləpə çıxımı orta hesabla 78-87%-dir. Bir ağacın məhsuldarlığı 350-400 kq-dır. 1 kq-da 120 ədəd meyvə olur. Meyvəsi oktyabrın ortalarında yetişir, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Aşlıq. SortQəbələ rayonunda yayılmışdır. Ağacı orta böyüklükdə (25-29 m) olub, yığcam çətirə (diametri 16 m) malikdir. Cavan ağacın gövdəsinin diametri 7-8 m, üzəri hamar, yaşlı ağacınkı isə qat-qat olur. Yarpağı orta böyüklükdə, kənarı dişli, uzunsov, ellips şəklindədir.