Oktyabrın ikinci ongünlüyündə kütləvi çiçəkləyir. Meyvələri yumurtavari formada, qabığının rəngi açıq-qəhvəyi, ucu dairəvi iti ucludur. Meyvənin kütləsi 6,5 qr, hündürlüyü 2,2 sm, eni 2,5 sm və qalınlığı 1,6 sm-dir.Xəstəlik və zərərvericilərə sirayətlənmir [11].
Yuxarıda təsvir olunan sortlardan başqa İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax və Balakən rayonlarında yayılmış keyfiyyətli şabalıd formaları da aşkar edilərək, təsvir edilmişdir (Şəkil
1.61)
1.8. Qərzəkli meyvə bitkilərinin ətraf mühit amillərinə tələbı
1.8.1. İqlim. Qərzəkli meyvə bitkilərinin böyümə və inkişafında iqlim amillərinin rolu
Qərzəkli meyvə bitkilərinin təbii yayılma arealına nəzər salsaq müəyyən qanunauyğunluq və ya qanuna tabelik görərik. Həmin qanunauyğunluq qərzəkli meyvə bitkilərinin yayıldığı ərazinin başlıca iqlim göstəricilərində özünü büruzə verir.
Başlıca iqlim göstəriciləri kimi çıxış edirlər:
𝐖 = 𝐘
𝐁
burada:
W - Ərazinin nəmlənmə əmsalı;
Y- ərazidə istənilən dövrdə (ay, mövsüm, il) düşən yağıntıların miqdarı, mm-lə;
B- həmin dövrdə (yağıntılar götürüləndövrdə) mümkün fiziki buxarlanma, mm-lə.
Nəmlənmə əmsalı vahiddən az olduqda (W<1,0) ərazi quru (rütubətlə təmin olunmayan), əmsal vahiddən çoxolduqda (W>1,0) nəm (rütubətlə təmin olunmuş), əmsalın qiyməti vahid olduqda isə (W=1,0) orta dərəcədə rütubətlə təmin olunmuş olur. Beləliklə, nəmlənmə əmsalı W<1,0 olduqda ərazidə rütubət çatışmazlığı (defisiti) müşahidə olunur, W>1,0 rütubət izafiliyi baş verir.
Qərzəkli meyvə bitkilərindən püstə və badam istiyə və quraqlığa davamlı, torpağa az tələbkar olub quru subtropik iqlim şəraitində bitməyə qadirdirlər. Onların becərilməsi üçün əlverişli iqlim-torpaq şəraiti Abşeron yarımadasında, Mərkəzi Aran rayonlarında və qismən dəKür -Araz ovalığında mövcuddur. Bu gün respublikada mövcud 1000 hektar badam bağlarının 600 hektarı Abşeronun payına düşür.Quru və isti iqlim şəraitdə bitməsinə baxmayaraq, yüksək əmtəə məhsulu əldə olunması vegetasiya müddətində, ən azı məhsulun formalaşması və yetişməsi dövründə suvarma aparılması tələb olunur.