Azərbaycanda becərilən qərzəkli meyvə bitkiləri. Onların ənənəvi becərilmə arealları, becərilməsinin genişləndirilməsinə və məhsul istehsalının artırılmasına mane olan səbəbləri qrup yoldaşlarınızla birgə müzakirə edin.
Respublikamızda qərzəkli meyvə istehsalının mövcud problemlərini araşdırın və onların həlli yollarını qrup yoldaşlarınızla birgə müzakirə edin.
Azərbaycanda əsas qərzəkli meyvə bitkiləri becərilən rayonlar haqqında ümumi məlumat əldə edin.
Yaşadığınız ərazidə və yaxın rayonlarda qərzəkli meyvə bitkiləri becərilən təsərrüfatlara səfər edin. Qərzəkli meyvə bitkilərinin çiçəkləmə müddəti və xüsusiyyətləri, becərilən sort və formalar barədə məlumatlar toplayın.
Yaşadığınız ərazidə və yaxın rayonlarda yayılan yabanı qərzəkli meyvə bitkiləri, onların bioloji və ekoloji xüsusiyyətləri, qərzəkli meyvə məhsulu istehsalında istifadə yolları barədə məlumatlar toplayın.