2.1. Tinglik təsərrüfatı barədə ümumi məlumat
Meyvəçiliyin bütün sahələrində olduğu kimi, qərzəkli meyvə bağının da salınmasında vegetativ üsulla çoxaldılmış əkin materialından istifadə olunur. Həmin əkin materialı ting (Şəkil 2.1), tinglərin yetişdirilməsi üzrə ixtisaslaşmış xüsusi təsərrüfat (və ya təsərrüfatın bir hissəsi) tinglik adlanır. Beləliklə, əkin matrialının yetişdirilməsi üzrə ixtisaslaşmış təsərrüfat tinglik adlanır. Tinglik müstəqil təsərrüfat sahəsi kimi və ya iri fermer təsərrüfatlarında istehsalın bir sahəsi kimi fəaliyyət göstərir.
Meyvə tingi yerüstü və yeraltı hissədən ibarət olub yeralı hissə kök sistemindən, yerüstü hissə isə ştambvə çətirdən ibarətdir (Şəkil 2.2) Yerüstü və yeraltı hissələri torpağın səthində yerləşən kök boğazı ayırır (Şəkil 2.2). Ştamb gövdənin budaqdan təmiz hissəsi olub kök boğazından ilk skelet budağa qədər olan hündürlüyü əhatə edir. Ştambdan yuxarıda çətir yerləşir.
Kök sistemi, ştambı və çətiri formalaşmış iri ölçülü əkin materialı ting adlanır.