2.5. Tingliyin sahəsinin hesablanması
Tingliyin sahəsi şöbələr üzrə hesablanır. Səpin (calaqlıq), böyütmə (məktəb) və vegetativ çoxaltma şöbələrinin sahəsi hesablanaraq tingliyin faydalı sahəsi kimi götürülür və planı tərtib olunur. Plan tərtib olunarkən, yəni tingliyin ərazisi layihələndirilərkən, sahəsindən asılı olaraq tarlaların optimal ölçüləri qəbul olunur. Tarlalar düzbucaqlı formada olmaqla onların parametrləri (eni və uzunu) mexanikləşmədən səmərəli istifadəni təmin etməli, ərazidə yerləşdirilməsi isə ərazinin iqlim amilləri (hakim küləklər), becərmənin xüsusiyyətləri (suvarma, irriqasiya eroziyası) nəzərə alınmaqla həyata keçirilir.
Tingliyin planında eni 4 m olan ikinci dərəcəli və eni 6-8 m olan magistral yollar, faydalı sahənin 15-20% -i müqabilində köməkçi sahələr, tingliyin perimetri üzrə qoruyucu meşə zolağının və ya yaşıl çəpərin də yaradılması nəzədə tutularaq tingliyin ümumi sahəsinin hesablanmasında öz əksini tapır.
Beləliklə, tingliyin sahəsi iki hissədən -faydalı və köməkçi sahədən ibarətdir.
• Faydalı sahə - əkin-səpin altında birbaşa istifadə olunan sahədir. Əsas şöbələr üzrə cəmi sahə çıxış edir;
• Köməkçi sahə - əkin materialının becərilməsində birbaşa istifadə olunmasa belə, becərmə prosesində yeri və rolu əvəzsizdir, mütləqdir. Eni 4 m olan ikinci dərəcəli və eni 6-8 m olan magistral yollar və həmin yollar boyu yaradılan suvarma şəbəkəsi, ting-liyin perimetri üzrə yaradılan qoruyucu meşə zolağı, faydalı sahənin 15-20% -i müqabilində götürülən köməkçi sahələr (anaclıq plantasiyaları, kompost quyusu, soyuducu və saxlama anbarları, müxtəlif təyinatlı tikililər və s.) buraya aiddir;
Faydalı və köməkçi sahələrin cəmi miqdarı tingliyin ümumi sahəsini təşkil edir.
2.5.1. Səpin şöbəsinin sahəsinin hesablanması
Səpin şöbəsinin sahəsinin hesablanmasında aşağıdakılar əsas götürülür:
Bu göstəricilər əsasında tingliyin şöbələr üzrə hər becərilən cinsə görə sahəsi düsturla hesablanır:
𝑷= 𝑵𝒂𝑺
𝒏𝑺𝟏