Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, məsələn, alma bağı kökləndikdən sonra torpaqda qalmış köklərin çürüməsi nəticəsində əmələ gəlmiş fenol birləşmələri (floredzin, giperin və s.) cavan ağacların böyüməsinə, inkişafına, kök sisteminin rizosferasında olan mikroorqanizmlərə tormozlayıcı təsir göstərir. Əgər torpaqda qalan köklər klon calaqaltılara mənsubdursa, onların üzərində 2-3 m dərinliyə qədər qanlı mənənə toplanmış olur.
Torpaqda köklərin çürüməsi və zəhərlərin inaktivizasiyası üçün ən azı 2-3 il vaxt tələb olunur. Ona görə də eyni cinsdən olan bitkilərin bu müddətdən tez sahəyə əkilməsi yolverilməzdir. Bu baxımdan torpaq yorğunluğu aradan qaldırıldıqdan sonra tumlu meyvə bitkiləri becərilmiş bağda çəyirdəkli bitkilər, çəyirdəkli bitkilər becərilmiş bağda isə tumlu meyvə bitkilərinin əkilməsi tövsiyə edilir.
Klon calaqaltılar sahəsində növbəli əkin dövriyyəsi. Bu məqsədlə klon calaqaltılar şöbəsində 13 sahə ayrılır (Sxem 3.4):
Sahədə nematod olmazsa, anaclıq bitkilər çıxarılan il sahəyə dənli bitkilərlə çoxillik paxlalı bitki toxumları qarışıq səpilir, üçüncü ilin yay vaxtında sahə otla birlikdə şumlanır, sahənin səthi düzəldilir və yenidən anaclıq, klon calaqaltılar sahəsi yaradılır. Əkin dövriyyəsində olduğu kimi hər bölgə üçün elmi və praktiki cəhətdən əsaslandırılmış bağ dövriyyəsi sxemləri tərtib olunmalıdır.
Qələmlik ana bağda bağ dövriyyəsi. Bağ dövriyyəsində 13 sahə olur (Sxem 3.5).