burada:
Es - ehtiyat bağ sahəsi, ha;
Ps - planlaşdırılan bağ sahəsi, ha;
İd - bağın istismar dövrü, il;
Vf - köklənəcək bağ sahəsi ilə yeni salınacaq bağ sahəsi arasında vaxt fərqi, 4-5 il.
Meyvə bitkilərinin istismar müddəti, cins və calaqaltıdan asılı olaraq, alma və armud üçün 20-25 il, albalı üçün 10-13 il, gavalı üçün 15-20 il, giləmeyvəlilər üçün 3-10 il müəyyənləşdirilir. Qeyd olunan dövrdən sonra həmin əkililər köklənir və yeni bağlarla əvəz olunur. Bağın əvəzedilməsi əməliyyatı elə aparılmalıdır ki, məhsul istehsalında durğunluq yaranmasın. Buna görə də köklənməyə qədər cinsin məhsula düşməsi üçün tələb olunan vaxtdan 1-2 il qabaq, ehtiyat bağda həmin cinsdən cavan bağ salınır.
Ehtiyat sahədə yeni salınacaq bağ sahəsi
𝐘𝐬 = 𝐏𝐬
İ𝐝
formulu əsasında hesablanır.
Gələcək bağ üçün planlaşdırılmış sahə və həmçinin köklənmiş bağ sahəsində torpağın səmərəli istifadəsi, gələcəkdə yüksək meyvə məhsulu istehsalı üçün zəmin yaradır.
İstismar dövrünü başa vurmuş bağdan köklənəcək sahə
𝐊𝐬 = 𝐌𝐬
𝐌𝐝
formulu ilə hesablanır. Burada:
Ks - köklənəcək bağ sahəsi, ha;
Ms - məhsuldar bağ sahəsi, ha;
Md - normativ üzrə əmtəəlik məhsulvermə dövrü, il.
Köklənəcək bağ sahəsində ağaclar çıxarıldıqdan sonra sahə 50-60 sm dərinlikdə şumlanır, köklər sahədən çıxarılır, sahə hamarlandıqdan sonra oraya üzvi və mineral gübrələr (P, K) verilir. Erkən yazda həmin sahəyə, tələbata uyğun miqdarda (torpaq qradasiyasına uyğun) azot gübrəsi verilərək çoxillik otların toxumu səpilir. Otlar 2 il müddətində istifadə edilir və üçüncü il otlar şumlanıb 25-30 sm dərinlikdə torpağa qarışdırılır. Müəyyən olunmuşdur ki, ehtiyat sahədə tətbiq olunacaq növbəli əkində qeyd olunan çoxillik paxlalı bitkilər, 3-4 il müddətinə çiyələk becərilməsi ilə növbələşdirildikdə həm torpağın münbitliyi yüksəlir və həm də əlavə məhsul götürülür.Köklənən və ehtiyat sahədə sideratların becərilməsi də əksər hallarda müsbət nəticə verir. Yaşıl kütlə ilə örtülmüş torpaq sahəsində bütün vegetasiya dövründə rütubətlənmə dərəcəsi qara heriklə müqayisədə xeyli yüksək olur.
Eyni zamanda növbəli əkin sistemində istifadə ediləcək bitkilər aşağıdakı tələblərə cavab verməlidir: