Praktiki tapşırıqlar və fəaliyyətlər
Tapşırıq 1: Bağ üçün seçilmiş sahənin bitki örtüyünə uyğun xaraterizəsini verin.
Tapşırıq 2: Yaşadığınız bölgənin çoxillik iqlim məlumatlarını yerli meteoroloji stansiyadan əldə edin və tumlu meyvə bitkilərinin tələbləri baxımından qiymətləndirin.
Tapşırıq 3. Tumlu meyvə bağı üçün seçilmiş ərazidən torpaq nümunlərinin götürülməsində iştirak edin və laborator təhlil nəticələrinə uyğun olaraq aşağıdakı cədvəli doldurun:
№ | Ərazinin adı |
Humus, %-lə |
Azot, mq/kq | Mütəhərrik fosfor (P2O5), mq/kq |
Mübadiləvi kalium (K2O), mq/kq |
Duzluluq, q/l |
CO2 | CaCO3 | pH torpaq məhlulunda |
|
N/NH3 | N/NO3 | |||||||||
Torpaqların laborator-təhlili (mütləq quru torpaqda)
Tapşırıq 4: Yaşadığınız bölgəyə uyğun olaraq ehtiyat bağ sahəsində növbəli əkin dövriyyəsini tərtib edin.
Tapşırıq 5: Əsas bağ sahəsində növbəli əkin dövriyyəsini tərtb edin
Tapşırıq 6: Bağ sahəsinin əkin üçün hazırlanmasında praktiki olaraq iştirak edin və yerinə yetirilən aqrotexnoloji əməliyyatları ardıcıl olaraq iş dəftərinizdə qeyd edin.
Tapşırıq 7. Tingin keyfiyyət göstəricilərini sahə standartlarına müvafiq olaraq dəftərdə qeyd edin.
Tapşırıq 8. Tingin əkin üçün hazırlanması prosesində iştirak edin və bu zaman yerinə yetirilən əməliyyatları ardıcıl olaraq dəftərinizdə qeyd edin.
Tapşırıq 9. Bağ üçün seçilmiş ərazinin təşkilində və bölüşdürülməsində iştirak edin, yerinə yetirilən prosesləri ardıcıl olaraq iş dəftərinizdə qeyd edin.
Tapşırıq 10. Əkin çalalarının qazılmasında və tingin əkilməsində birbaşa iştirak edin.