Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Bağda ağacların tutduğu torpaq sahəsinə qida sahəsi deyilir.
Sual 2. Plantaj şumu torpaq tiplərindən asılı olaraq nazik şum qatlı torpaqlarda 50-60 sm dərinliyində aparılır.
Sual 3. Əkin taxtasında olan mərkəzi kəsim ağacın yerini göstərir.
Sual 4. Düzbucaqlı əkin sxemində cərgəarası və bitkiarası məsafə eyni olur.
Sual 5. Kontur tipli əkin sxemi dağ yamaclarında yamacın köndələninə tətbiq olunan əkin sxemidir.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Sahədə .....................................bitkilərin nümayəndələri varsa, bu sahə meyvə bitkiləri üçün ən yararlı sahə hesab edilir.
Sual 7. Nizamlamanın ..................................... təşkil etməlidir.
Sual 8. Şumdan qabaq bu ot kütləsi biçilir, xırdalanır və üzərinə əlavə olaraq hər hektara .......................................................... tökülür.
Sual 9. Plantaj şumu torpaq tiplərindən asılı olaraq nazik şum qatlı torpaqlarda ................., dərin humuslu zəif podzollaşmış torpaqlarda ................., daha münbit və qalın qatlı torpaq tiplərində ............................. dərinlikdə aparılır.
Sual 10. Turş torpaqlarda ............................... sahəyə ...................................................... verilir.