Qalan norma isə kalium-maqnezium sulfat (30% K2O və 10% MgO) şəkilində may ayının axırında ağaclar meyvə ilə yüklənən dövrdə verilir.
Fosfor. Köklərin böyüməsinə, meyvə lətinin sıxlığına və meyvələrin saxlanma qabiliyyətinə təsir göstərir. Turş torpaqlarda fosfor gübrələri bitkilər tərəfindən yaxşı mənimsənilə bilmir. Məhsuldar bağlarda il ərzində 1 t/ha-dan yuxarı fosfor gübrəsi verilməsi tövsiyə olunmur.
Fosfor gübrəsinin aşağıdakı qaydada verilməsi tövsiyə olunur:
Foforla təminolunma dərcəsini öyrənmək məqsədilə iyun və avqust aylarında yarpaqlar laboratoriya şəraitində analiz edilir.
Fosfor gübrəsi bütün bağ sahəsinə səpilərək verilir.
Maqnezium. Almanın Qala və Elstar sortları, armudun isə bütün sortları maqneziuma yüksək tələbkardır. Bu maddə həm torpağa verilir, həm də kökdənkənar yemləmə şəkilində yarpaqlara çilənir. Yüngül qranulometrik tərkibə malik qumsal və gillicəli torpaqlarda maqnezium asanlıqla yuyulur. Ona görə də bu cür torpaqlarda hər il maqnezium gübrəsi verilir (Cədvəl 9.12).
Turş torpaqlarda maqneziumun mənimsənilmə əmsalı aşağı olduğundan əhəngləmə aparılmalıdır.
Cins və sort | Meşə torpaqlarında | Gillicəli və qumsal torpaqlarda |
Bütün armud sortları | 20-30 | 30-40 |
Elstar və Qala alma sortları | 20-30 | 30-40 |
Qolden Delişes, Pinova Qloster alma sortları | 40-50 | 50-60 |
Conaqold, Boskole, Liqol, Çempion, Aydared alma sortları |
kökdənkənar | 20-30 |
Cədvəl 9.12. Maqnezium ilə gübrələmə norması (t.e.maddə hesabı ilə), kq/ha
Maqnezium gübrəsi bütün bağ sahəsini əhatə etməklə torpaq səthinə səpilir. Köklərin sistemli şəkildə budanılması zamanı isə gövdəətrafı zolağa verilir. Bu zaman norma 40 % azaldılır.