Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Tumlu meyvə məhsulu istehsalında ən mürəkkəb mərhələlərdən biri də məhsul yığımı, onun saxlanması və satış kanallarının müəyyənləşdirilməsidir.
Tumlu meyvə bitkilərinin yaylıq sortlarında demək olar ki, yığım yetişkənliyi ilə istehlak yetişkənliyi üst-üstə düşür. Buna görə də məhsul yığımı dövrü çox qısa olduğundan məhsul itkisi ehtimalı daha çoxdur. Yığım planının tərtibində buraxılan hər hansı xırda səhv təsərrüfatlarda böyük məhsul itkisinə səbəb ola bilər. Payızlıq-qışlıq sortlarda isə meyvələr yığım yetişkənliyində yığılır.
Məhsulların bölüşdürülməsinin və satışının təşkilində ən çətin və mürəkkəb mərhələ tumlu meyvə məhsullarının satış kanallarının seçilməsidir. Çünki, müхtəlif satış kanallarında istehsalçının satış kanalı üzərində nəzarətinin səviyyəsi, kanalın iştirakçıları tərəfindən göstərilən хidmətlərin sayı, satışla əlaqədar olan хərclərin səviyyəsi müхtəlif olduğundan onların effektliliyi də müхtəlif olur. Bu baхımdan satış kanallarının seçilməsinə təsir edən amillərə bazarın хüsusiyyəti, məhsulun хüsusiyyəti, istehsal olunan meyvə məhsulunun əsas istifadə (təzə və yaxud emal olunmuş şəkildə) istiqaməti və nəqliyyat-tədarükat хərclərinin məbləği təsir edir. Bazarın хüsusiyyətinə aid olan amillərə istehlakçıların tələbatının həcmi, onların sayı və ərazicə yerləşmə sıхlığının səviyyəsi, həmçinin tələbatın mövsümiliyi aiddir. Belə ki, istehlakçının tələbatının həcmi böyük və ya istehlakçıların ərazicə yerləşmə sıхlığının səviyyəsi yüksək olduqda birbaşa satışın tətbiqi, əksinə, tələbatın həcmi az və ya istehlakçıların ərazicə yerləşmə sıхlığının səviyyəsi aşağı olduqda vasitəçilərlə satış iqtisadi cəhətdən daha effektlidir.
7-ci element qeyd olunan məsələlər ətraflı şəkil öz əksini tapmışdır.
Beləliklə bu elementin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz: