Fermer mağazası - yerli fermer, ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışının həyata keçirildiyi ixtisaslaşdırılmış ticarət obyektidir (Şəkil 7.14).
Kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkaları dedikdə isə müəyyən edilmiş ərazidə və müddətdə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə təşkil edilən tədbirlər nəzərdə tutulur (Şəkil 7.15).
Qeyd olunduğu kimi tumlu meyvə məhsulları kənd təsərrüfatı kooperativi bazarında da satıla bilər. Bu isə kənd təsərrüfatı kooperativi kimi dövlət qeydiyyatından keçmiş hüquqi şəxs tərəfindən idarəedilən kənd təsərrüfatı məhsulları bazarıdır (Şəkil 7.16).
Məhsulun satış qiyməti isə satış zamanı bazarda mövcud olan qiymətlərə uyğun müəyyən edilir.