Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Mürəkkəb çiçək tumurcuğu dedikdə qısa yarpaqlı zoğ və çiçək əmələ gətirən tumurcuqlar nəzərdə tutulur.
Sual 2. Alma bitkisinin çiçək topası sadə çətirdir.
Sual 3. Heyva bitkisində çiçəklər birillik zoğların uc hissəsində əmələ gəlir.
Sual 4. Boy tumurcuğu açıldıqda qısa həlqəli zoğ əmələ gətirir.
Sual 5. Bor elementi çatışmadıqda zoğlar deformasiyaya uğrayaraq uc hissədən soluxmağa başlayır, yarpaqlara xloroza tutulur.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Tumlu meyvə bitkilərində meyvə budaqcıqları üç tipdə olur: ................................................
Sual 7. Tərkibində natrium olan şorakətli torpaqlarda ............................................ normal bitmir.
Sual 8. ...................... üçün münbit, yaxşı su və hava keçirmə qabiliyyətinə malik, qranulometrik tərkibinə görə gilli və gillicəli torpaqlar daha əlverişli sayılır.
Sual 9. .............................. üçün dərin, qida maddələri ilə zəngin və əhəngli torpaqlar əlverişli sayılır.
Sual 10. Ümumilikdə meyvə bitkiləri torpaqdan 74-dən çox kimyəvi element mənimsəyir ki, onlardan 16-sı daha vacib həyati əhəmiyyət kəsb edir: .................................................................................