Meyvə toxumlarının səpin norması. Tumlu meyvə bitkiləri üzrə səpin norması Cədvəl 2.4-də verilir.
Calaqaltılar | 1 kq-da toxumun miqdarı, min ədəd |
Hektara səpin norması, kq | |
Çoxaltma şöbəsi | Calaqlıq şöbəsi | ||
Yabanı alma | 30-50 | 30-40 | 18-25 |
Alma sortları | 18-5 | 40-60 | 25-35 |
Yabanı armud | 30-45 | 30-40 | 18-25 |
Heyva | 30-50 | 30-40 | - |
Cədvəl 2.4. Tumlu meyvə bitkilərinin toxumlarının səpin norması
Pikirovkanın tətbiqi ilə calaqaltının yetişdirilməsi. Tumlu meyvə bitkilərinin toxmacarlarında mil kök torpağın dərin qatlarına işləyir, yan köklər isə az və zəif olur. Toxmacarlarda geniş kök sistemi yaratmaq məqsədilə pikirovka əməliyyatı tətbiq edilir. Bunu üçün cücərtilərdə 1-2 yarpaq əmələ gələn dövrdə günün sərin, küləksiz, sakit vaxtında cücərtiləri çıxarıb, mil kökün uzunluğunun 1/2 və yaxud 1/3 hissəsini kəsib atdıqdan sonra belə cücərtilər torpağı yumşaq, qidalı, azca rütubətli olan tarlaya və ya konteynerə əkilir (Şəkil 2.21). Vegetasiya dövründə bütün texnoloji əməliyyatların ardıcıl və yüksək səviyyədə tətbiqi nəticəsində pikirovka olunmuş bitkilərdə normal yerüstü və yeraltı hissə əmələ gəlir.