Üfqi basma. Erkən yazda tumurcuqlar açılmamışdan əvvəl ana bitki kök boğazından 5-10 sm hündürlükdə kəsilir. Vegetasiya müddətində zoğlar aqrotexnoloji qulluq edilir. Payızda ana bitkinin ətrafından şirimlar açılır. Zoğlar ehtiyatla şırımlara uzadılaraq bir iki yerindən torpağa bərkidilir. Qışı o vəziyyətdə keçirir. Yazda həmin birillik hissələr üzərində olana tumurcuqlar açılaraq yeni zoğlar əmələ gətirir. Əmələ gəlmiş zoğlar şaquli basmada olduğu kimi 10-15 sm uzunluğa çatdıqda ilk dibdoldurma aparılır. Zoğların boyu uzandıqca dibdoldurma təkrarlanır. Payızda onlartam köklənərək calaqaltı kimi istifadə edilir (Şəkil 2.23).
Qövsi basma. Ana bitkilərdə cavan budaq və zoğlar qövs şəklində əyilir, onun qövsə oxşar hissəsi torpağa dəydiyi yerdə xırda çala açılır və budağın həmin hissəsinin alt tərəfindən bıçaqla bir neçə yerdən çərtilərək çalanın içərisinə yerləşdirlir. Qalxmaması üçün onu haça ilə torpağa bərkidirlər, ucunu isə torpaqla örtmədən açıq vəziyyətdə sərbəst saxlayır və ya payaya bağlayırlar. Çalanı suvarıb budağın qövs vəziyyətində olan hissəsinin üzərini yumşaq torpaqla örtürlər (Şəkil 2.24).
Budağın çalada olan qövsə oxşar hissəsi payızadək kök əmələ gətirir. Kök atmış qövsə oxşar bu hissəni payızda kəsərək ana bitkidən ayırır və qazıb çıxarırlar. Bu üsulla hər budaqdan bir ədəd yerüstü və yeraltı hissəsi olan bitki əldə olunur.