“T”-şəkilli calağın vurulması texnikası. Adi göz calağı qabıqaltı göz calağı qrupuna daxildir. Onun icra qaydası ardıcıllığı aşağıda göstərilən əməliyyatlardan təşkil olunur(Şəkil 2.30):
Sipərciyin uzunluğunun 2,5-3 sm, eninin isə 0,5-0,7 sm olması əlverişli hesab edilir. Sipərciyin aşağı tərəfı qidalı maddələrlə zəngin olduğundan onun gözdən və ya tumurcuqdan aşağı tərəfinin, yuxarı tərəfinə nisbətən uzun olması yaxşı nəticə verir. Bu halda kambi qatlarının bitişməsi sürətlənir.
“T”-şəkilli kəsimi almaq üçün əvvəlcə calaqaltıda eninə 1,5-1,7 sm, sonra həmin kəsimin tən ortasından uzununa 3,5-4,0 sm uzunluğunda kəsim alınır. Kəsim boyu qabıq oduncaqdan ayrılır. Sipərcik dərhal «T»-şəkilli yarığa geydirilərək sarınır.