Qondarma göz calağının vurulması texnikası. Adi göz calağından fərqlənərək qondarma göz calağında sipərcik qabıq altına geydirilmədən gövdəyə yandan qondarılır. Qondarma göz calağı icra texnikasına görə çox asan olmaqla yanaşı bir sıra digər üstünlüklərə malikdir:
Qondarma göz calağının vurulması asan olduğundan əmək məhsuldarlığı adi göz calağına nisbətən 20-25 % yüksək olur.
Qondarma göz calağı zamanı ştambda alınan kəsimin uzunluğu 2,5-3,0 sm olur. Kəsimin aşağısı “dil”şəkilli olur. Sipərciyin aşağısında da kambi qatı azacıq götürülür. Həmin hissə “dil”şəkilli kəsimə qondarılaraq calaq yeri sarınır (Şəkil 2.31).
Nikolirovka göz calağının vurulması texnikası. Məlum olduğu kimi armud sortlarının gödək boylu olmaları üçün onlar heyvaya calanır. Lakin armudun əksə sortları heyva ilə normal bitiş vermir. Bu əngəli aradan qaldırmaq üçün “Nikolirovka” göz calağından istifadə edilir. Bu calaq üsulunda heyva ilə normal bitiş verən armud sortunun nazik qatlı gözsüz və qabıqsız olan oduncağı aralıq kimi istifadə edilir. Bitiş veməyən sortdan isə üzərində tumurcuq olan sipərcik həmin nazik qatlı oduncağın üzərinə qoyularaq calaq vurulur. Calaq “T”-şəkilli və yaxud qondarma üsulu ilə aparıla bilər (Şəkil 2.32).