Tumlu meyvə bitkilərinin toxumları ilə ayrılıqda tanış olun, qarışdırılmış toxumlardan hər cinsə aid olan toxumlar seçin.
Toxumların tədrükü prosesini ardıcıl olaraq mənimsəyin və icra edin.
Toxumların keyfiyyət göstəricilərini təcrübi olaraq müəyyənləşdirin.
Toxumları startifikasiya üçün hazırlayın və stratifikasiya edin.
Tumlu meyvə bitkilərinin konkret tapşırıq əsasında hektara səpin normasını fərdi qaydada müəyyənləşdirin.
Toxmacar və klon calaqaltıların çıxımını hesablayın.
Basmalarla, kolların bölünməsilə və kök pöhrələri ilə çoxaltma üsullarının sxematik şəkilini çəkmək və hər üsulda artırılan nümayəndələrin adını yazın.
Calaq alət və avadanlıqlarının adını və istifadə məqsədini öyrənin.
Kəsici alətlərin hissələrini tanımaq, işə hazırlanması qaydasını və işçi vəziyyətə gətirilməsi texnikasını mənimsəyin.
İş dəftərinizdə göz valağı üsullarının yazılı təsvirini verin və sxematik şəkilini çəkin.
Göz calağı üsullarını praktiki olaraq icra edin.
Qələm calağında calaqüstüdə aparılan “çəp”, “çiyinli” və “paz”şəkill kəsimləri aparmaq qaydasını öyrənin və təcrübi olaraq icra edin.
Diametrlərini və vurulması vaxtına görə qələm calağı üsullarını qruplaşdırın, sxematik şəkilini çəkin və təsvirini yazın.
Bağ məlhəminin tərkibini dəftərdə qeyd edin və hazırlanması qaydasını mənimsəyin.
Ting istehsalında istifadə olunan qələm calağı üsullarını mənimsəyin və təcrübi olaraq icra edin.