12.1.1. Xroniki viruslu iflic
Hal-hazırda virusların səbəb olduğu arı xəstəlikləri çox yaxşı öyrənilmişdir. Ancaq arıların viruslu iflicini müalicə etmək çətindir, etibarlı şəkildə patogenləri məhv edən effektiv dərmanlar yoxdur. Buna baxmayaraq virusun yayılmasının qarşısını alan və ailələrin bərpasına kömək edən üsullar var.
Sinonimlər: meşə yığımı xəstəliyi, qara xəstəlik, qara keçəlləşmə sindromu, may xəstəliyi, iflic, virus iflici - puplar və yaşlı bal arısının kəskin yoluxucu xəstəliyidir.
Xəstəlik kəskin və xroniki formalarda baş verir və yaşlı arıların kütləvi ölümünə səbəb olur (Şəkil 12.1). Viruslu iflic xəstə və sağlam arıların təması ilə ötürülür. Varroa gənəsi də virusun daşıyıcısıdır. Görünüşdə sağlam arı ailələri infeksiya daşıyıcısı ola bilər.
Xəstəliyin əlamətləri - viruslu iflicin kliniki əlamətləri 4-10-cu günlərdə özünü büruzə verir.
Xəstəliyin kliniki əlamətləri yoluxduqdan 4-10 gün sonra özünü büruzə verir. Əvvəlcə arılar təlaşlanır, onların qanadları əsir, onlar uçmaq qabiliyyətini itirir, qeyri-adi hərəkətlər edir. Sonra iflic vəziyyəti başlayır. Xəstə arılar qara, parlaq rəngdə olur, qarışqaya oxşayır, kiçilmiş qarıncıqları olur (Şəkil 12.2). Yer, pətək və uçuş taxtasının yaxınlığında çox sayda qara parlaq arı görmək olar. Onlarda süstlük, uçma qabiliyyətinin olmaması, qanadları, bədənlərinin titrəməsi və hərəkətsiz olmaları qeyd olunur. Sonda arılar iflicdən tələf olur.
Ölü arıların tükləri olmur, qarınları genişlənir, bağırsaq sulu maye ilə dolu olur, çürüyən balıq qoxusu hiss olunur (Şəkil 12.3).
Xəstəlik havalar kəskin şəkildə dəyişdikdə, əsasən də hava qızdıqda yaranır.
Diaqnoz - xəstəliyin diaqnozu klinik əlamətləri nəzərə alınmaqla baytarlıq laboratoriyasında histoloji və viroloji tədqiqatlara əsaslanaraq qoyulur.
Mübarizə tədbirləri - diaqnoz təsdiq edildikdən sonra törədicilər vasitəsilə arıxanaya daşıma yollarının qarşısı alınır. Profilaktik məqsədlə endonukleaz, ribonukleaz, endoqlükindən istifadə edirlər.
Profilaktik məqsədlə endonukleaz, ribonukleaz, endoqlükindən istifadə edirlər.