Ailələrə preparatların verilməsi - şəkərli şərbəti 1:1 hazırlayın. Şərbət 40°C-ə qədər soyudulduqdan sonra qeyd olunan preparatlardan birini (1 litr şərbətə əsaslanaraq) əlavə edin: norsulfazol-sodyum - 1.0 qram və eritomisin - 400 min ədəd müalicəvi şərbəti 100 millilitr miqdarında olmaqla hər çərçivə arasına 3 dəfə 4-5 gündən bir verilir ailə tam sağalana qədər. Xlorotetrasiklin - 500 min ədəd hər çərçivə arasına 150 millilitr miqdarında olmaqla 3 dəfə 2-3 gündən bir verilir. Streptomisin - hər çərçivə başına 500 min ədəd 150 ml, 2-3 gün aralıqla 3 dəfə tətbiq olunur. Monomisin və tetrasiklin - hər çərçivə başına 150 millilitrə qədər 400 min ədəd, 5 gün aralıqlarla 3 dəfə tətbiq olunmalıdır. Oksitetrasiklin - hər çərçivə başına 400 min ədəd 150 millilitr, 2-3 gün aralıqla 6 dəfə tətbiq olunur. Terramisin - hər çərçivə başına 0,2 qram - 200 millilitr, 5 gün aralıqda 4 dəfə tətbiq olunmalıdır.
12.3. Avropa çürüməsi
Avropa çürüməsi (xoşxassəli çürümə, turş çürümə) - açıq sürfələrin yoluxucu xəstəliyidir. 3-5 günlük sürfələrin xəstələnməsi və kütləvi ölümü, arı sayının azalması və arı ailələrinin zəifləməsi ilə müşayiət olunur. Xəstlik bal yığımının əvvəlində özünü daha qabarıq biruzə verir.
Törədicilər - xəstəliyin baş verməsinə dörd növ bakteriya səbəb olur: melissococcus plutonius, streptococcus pluton, bacillus pluton, bacillus alveia (Şəkil 12.6). Bəzi alimlərin fikrincə, Avropa çürüməsi adı altında 2-3 xəstəlik qeyd olunur. Bunların törədiciləri müxtəlif, xəstəliyin kliniki simptomları isə eynidir.