Mübarizə yolları - Avropa çürüməsi aşkar olunduqda arıxanaya karantin qoyulur və “Arıların yoluxucu xəstəliklərinin ləğvi və profilaktik tədbirləri haqqında” təlimata əsasən işlər görülür.
Müalicəsi - Amerika çürüməsində olduğu kimidir.
12.4. Paraçürümə
Paraçürümə (saxta çürümə) açıq və möhürlü sürfələrin infeksion xəstəliyidir.
Törədicisi - spor əmələgətirən Bacillus paraalveia-dır.
Arıçılıq məhsullarında sporlar 3 ilədək, bal və sürfə cəsədlərində 500 günədək yaşama qabiliyyətinə malikdir.
Xəstəlik aprel-may aylarında nəzərə çarpır. Əsasən, 5-8 günlük sürfə, çox vaxtı isə möhürlənmiş sürfə və puplar bu xəstəliyə yoluxur (Şəkil 12.9). Yaşlı arılar xəstələnmir, lakin bakteriyaların daşıyıcıları olur.
Törədici - sporyaradan paraalvey batsillasıdır.
Kliniki əlamətlər - xəstəliyin əlamətləri eyni vaxtı Amerika və Avropa çürüməsini xatırladır. Fərq ondan ibarətdir ki, çürümə yaxalıq, sürfələrin möhürləndiyi qovuqcuqların qapağında baş verir. Xəstə sürfələr qovuqcuqlarda tez-tez hərəkət edir və qeyri-təbii vəziyyətdə olur. Paraçürümə zamanı şanlardan özünəməxsus xarakterli çürüntü iyi gəlir.
Xəstə puplar inkişafdan qalır (varroatoz zamanı güclü patologiya xüsusiyyətləri ilə oxşarlığı var). Bəzi ailələrdə xəstəlik yavaş keçir, bir çox hallarda isə o, arı ailələrini zəiflədərək sürətlə inkişaf edir, heçnəsiz ölümə səbəb olur.
Diaqnozu - paraçürümənin diaqnozuna xas olan əlamətlər və laboratoriya müayinələrinin nəticələrinə əsasən qoyulur. Profilaktika qüvvədə olan arıların baytar-sanitariya saxlama qaydalarına ciddi riayət etməyə əsaslanır.
Mübarizə tədbirləri - xəstəliyə diaqnoz təyin edildikdən sonra arıxanaya karantin qoyulur. Mübarizə yolları baytar mütəxəssislərinin nəzarəti və yoxlaması ilə həyata keçirilir.
Müalicəsi - Amerika və Avropa çürüməsində olduğu kimidir.
12.5. Arıların septisemiyası
Septisemiya - yoluxucu infeksion xəstəlikdir. Sürətlə yayılaraq və bir neçə saat ərzində yoluxmuş arıların ölümünə səbəb olan, yaşlı arı xəstəliyidir.
Bu, arıların qemolimfasında törədiciləri artıran elə bir infeksion xəstəlikdir ki, arıların ölməsi və sonradan cəsədlərin çürüməsinə səbəb olur.
Xəstəliyin əsas səbəbi arı ailələrinin əlverişsiz şəraitdə və yüksək rütubətli yerlərdə baxılmasıdır.