Diaqnoz - döş traxeyasının mikroskopik müayinəsinə əsasən qoyulur. Paraziti dəqiq müəyyən etmək üçün laboratoriya müayinəsi aparılmalıdır (12.30).
Profilaktikası - akarapidoza yoluxmuş arı ailələri sağlam əraziyə gətirilməlidir. Xəstəliyə yoluxmanın ən çox qorxusu başqa naməlum yerdən ailələrin alınmasıdır.
Müalicəsi - bu xəstəlik çox qorxuludur. Laboratoriya xəstəliyi araşdırıb təyin edibsə, ailənin birində, o zaman digər ailələr şübhəli hesab olunur. Akarapidozun müalicəsində aşağıdakı preparatlar işlədilir: akarasin, folbeks, polisan.
12.12. Entomozlar
Braulez
Braulez ana və işçi arıların parazitar xəstəliyidir, buna səbəb olan həşərat-parazit brauladır və ya arı bitidir (Şəkil 12.31).
Braul kiçik - 1-1.5 × 0.8-1.1 millimetr ölçüsündə olan qanadsız qırmızımtıl-qonuru rəngdə olan həşəratdır. Braulun 3 cüt ətraf ayağı var, bununla da o, 4 cüt ayağı olan varroa gənələrindən fərqlənir. Ana arı və ya işçi arıların qanadları arası, yəni qarın və ya kürək nahiyəsində adi gözlə görülə bilər, bu, onların adi "yaşayış yerləri"dir.
Epizootik göstəricilər - dişi braul cütləşmədən 3 gün sonra yumurtalamağa başlayır. Bir gündən bir dişi braul bir, bəzən də bir neçə (mövsüm boyu ərzində 200-ə yaxın) yumurta qoyur və onları qovuqcuğun qapağının iç hissəsinin tam balla möhürlənənə kimi orada yerləşdirir. O, çox nadir hallarda altlıq və boş qovuqcuqların divarlarında yumurta qoyur. 5-7 gündən sonra yumurtadan mum qapağına tərəf 0,8 millimetr uzunluğunda ağ sürfə çıxır. Sürfə mum və özündə olan çiçək tozunun hissələri ilə qidalanır, həmçinin 2-10 santimetr uzunluğu olan əhəngli tunellər tikir. Sonra isə pupa çevrilir. İnkişaf dövrü 63-74 gün davam edir.