13. Arıların dərmansız müalicəsi
Bal arıları 100 milyon ildən çoxdur ki, yer kürəsində mövcuddur. Arı çoxalması insan müdaxiləsi olmadan baş verirdi. Arı ailələri yuva kimi daha çox lazım olan geniş, boş yerlərdən istifadə edirdi. Məsələn, oyuqda yuva mütləq tavanın altında olmalı idi - ora daha isti olurdu. Yuvanın altında sanitar çəpəri olan və xəstəliklərin profilaktikası üçün şərait yaradılan boşluqlar saxlanırdı.
Arı yuvasında yayılan xəstəliklərin törədiciləri mum tikililəri və yuvanın hissələrindən təmizlənirdi və yerə düşürdü, əgər bu proses oyuqda baş verirdisə, törədicilər çürük ağaca düşürdü, çürümüş mikroorqanizmlər isə xəstəlik törədicilərini məhv edirdi. Bu profilaktikanın özülü və xəstəliklərə qarşı mübarizə üsuludur.
Çərçivə pətəklərdə sanitar çəpərin yaradılması üçün heç bir şərait yoxdur, onlar çox aşağıda olur, həmçinin materiala qənaət edilməklə və yığcamlıq hesabı ilə hazırlanır. Müstəsna hal kimi çox gövdəli pətəyi göstərmək olar ki, orada məskunlaşmış gövdələrin altına boş gövdələr qoymaq və bununla da sanitar zolağı yaratmaq olar. Bu cür halda, eyni zamanda sanitar çəpəri də sayılan arılarla olan gövdənin altında olan yer hava yastıqçası adlanır.
Sanitar baryerdən həm profilaktik üsulu, həm də askosferoz, çürümə, varroatoz və digər xəstəliklərə yoluxan ailələrin müalicəsi kimi də istifadə oluna bilər.
Yuxarıda adı çəkilən üsuldan başqa, xəstəliklərə qarşı mübarizə aparmaq üçün temperaturun artırılması (varroatoz), xəstə sürfələrin arılardan uzaqlaşdırılması, temperaturun optimallaşdırılması (askosferoz) və digər üsullardan istifadə olunur.
Amerika və Avropa çürüməsi ilə xəstələnən arı ailəsini başqa yerə aparın və ya arıçıların dili ilə desək, təmiz yoluxulmamış pətəyə köçürün.
Xəstə ailə ilə olan pətəyi götürün. Köçürmə birqat, ikiqat və üçqat ola bilər. Bunun üçün xəstə ailə olan pətəyə yoluxulmamış və ya istifadə olunmamış yeni pətək gətirin, digər pətəkdən yoluxulmamış şanlar və mumla olan 1-2 çərçivə qoyun. Bunu əsasən güclü və yaxşı bal yığımı olan ailələrlə eləmək daha məsləhətlidir.
Onun yerinə əvvəlcədən hazırlanmış pətək qoyun (Şəkil 13.1).
Onun yanına faner və ya karton vərəqini elə qoyun ki, bir tərəfi aşağıya pətəyə yaxın sıxılsın və ya bacanın yarığına yaxın olsun, digər tərəfi isə yerin üzərində olsun. Bu vərəqin üstünü qəzetlə örtün.
Şanlarda olan bütün arıları sirkələyin və pətəkdən bu vərəqə süpürün.
Tüstü körüyünün vasitəsi ilə arıları bacaya doğru istiqamətləndirin.
Qəzeti götürün və arılar pətəyə girdikdən sonra yandırın. Bununla da köçürmə yekunlaşır.
Digər xəstə ailəyə xəstə ailənin sürfələri ilə olan şanları köçürdün. Əgər bunu eləməyə imkanınız yoxdursa, xəstə sürfəni yandırın.
Xəstə ailədən balı süzün. Ondan insanların qidalanmaları üçün istifadə oluna bilər.